Təxminən 8 il əvvəl Villerson və əməkdaşları kötük hüceyrələrin ürək əzələsi çatışmazlığında istifadə edilməsinə dair tədqiqatlara başlatmışlar. İlk əvvəl bu tədqiqatlar Heyvanlar üzərində uğurla aparılıb.
Bu təcrübələrdən sonraRio de Janeiroda yerləşən Braziliya Procardioco xəstəxanası ,Federal üniversiteti və ABŞ Hyuston Texas üniversiteti sağlamlıq mərkəzində 21 Braziliyalı xəstəyə kötük hüceyrə köçürülür və nəticə uğurlu alınır.ABŞın qanunları və tibbi etik anlayışlarına görə təcrübə yalnız braziliyalı xəstələr üzərində aparılıb.Lakin,aparılan bu cür müalicənin ürək əzələsində necə bir inkişafa yol açtığı bilinmir. Amerika Ürək Dərnəyinin 2003-cü ildəki görüşündə Granulocyte Colony Stimulating factor (G-CSF) adlı sitokinin infarktdan tez bir zaman sonra tədbiq edilməsi zamanı bu faktorun ürək əzələ hüceyrələrinin çoxalmasını stimullaşdırdığı bildirilmişdir.Həmçinin, 2001-ci ildə almaniyada Düsseldorf Heinrich Heine Üniversitetində aparılan çalışmalar infarktdan sonra aprılan kötük hüceyrə müalicəsində uğurlu nəticələrin əldə edildiyi bildirilib. Artıq ingilis alimləri kötük hüceyrədən istifadə edərək ürək qapaqcıqları əldə edirlər.Sümük iliyində alınan kötük hüceyrələr kollagenden ibarət toxumanın daxilinə yerləşdirən Dr.Magdi Yacoub və komandası 3 sm uzunluğunda ürək qapaqcığı əldə etmişdir.Gözlənilən nəticələr ozünü doğrultsa, bu təcrübənin yaxın 5 il ərzində insanın müalicəsində istifadə edilməsi planlaşdırılır
Açar sözlər:
Bu,yoğun xemoterapeyadan sonra zərər görən qan hüceyrələrini bərpa etmək üçün tədbiq edilir.Sümük iliyi nəqli qan xəstəliklərinin müalicəsində uzun illərdir ki, istifadə olunur.Hal-hazırda yeni üsul olaraq periferik qandan da istifadə olunur.Bu üsulun mahiyyəti insanın öz qanından kötük hüceyrələrin ayrılması və klassik xərçəng müalicəsindən sonra zərər görmüş kötük hüceyrələri əvəz etmək üçün yenidən insana köçürülməsindən ibarətdir. Bu üsul phereziz yaxud apheresis adlandırılır və bu məqsədlə xüsusi cihazlardan istifadə olunur.Apheresis yolu ilə əldə edilən hüceyrələr istifadə olunur yaxud gələcəkdə istifadəsi üçün dondurulub saxlanılır. Bu müalicə üsulu sayəsində xərçəng dərmanları daha yüksək dozada verilir və beləliklə müalicə daha effektli olur. Buna misal olaraq yumurtalıq xərçəngini göstərmək olar.Bir müalicə üsulunda xəstəslərə yüksək dozada "paclitaxel" və "carboplatin" yeridildikdən sonra zərər görən kötük hüceyrələri yeniləmək üçün kötük hüceyrə nəqli aparılır. Bu müalicədən sonra özünə gələn xəstələrə yüksək dozalarda “topotecan" və "etopophos" yeridilir.Bundan sonra xəstələrə təkrar kötük hüceyrə köçürülür.Daha sonra xəstəyə "thiotepa" ilə xemoterapeya tədbiq edilir.Və bundan sonra 3-cü dəfə kötük hüceyrə nəqli aparılır.Müalicə alan xəstədə müalicənin effekti və əks təsirləri gözdən keçirilir.
Açar sözlər:
Embrional kötük hüceyrələr 1998-ci ildə TOMSON və əməkdaşları tərəfindən əldə edilib.Günümüzdə insan embrionlarındakı təcrübələr süni mayalanma ilə yaranan embrionlarda aparılır.Embrion potensial canlı olaraq qəbul edildiyindən bu hüceyrələrin tədqiqatda və müalicədə istifadəsi ilə bağlı olaraq etik problemlər ortaya çıxır.Bəzi ölkələrdə tədqiqat üçün istifadəsinə qadağalar qoyulub.Embrional kötük hüceyrələr pluripotent hüceyrələrdir, təxminən 200-ə yaxın hüceyrə tipinə çevrilirlər.Hal-hazırda embrional kötük hüceyrələr klonlaşdırılmış bir embriondan əldə edilir.Belə əldə edilən kötük hüceyrələr xəstənin immun sisteminə uyğunluq göstərir.Embrional kötük hüceyrədən əldə edilən hüceyrə kütləsi emrionid cisimciklər (embryoid bodies) adlanır.Bu cisimciklər endoderma, ektoderma və mezodermadan başlanğıc götürən bütün hüceyrələrə çevrilirlər.
Davamı...Açar sözlər:
.Bu hüceyrələrin bir cox üstün xüsusiyyətləri var: 1)Yetikin kötük hüceyrələrinin istifadəsi etik tərəfdən problemlər yaratmır.
2)Bu hüceyrələr insanın immun sisteminə uyğunluq göstərirlər.Kötük hüceyrələr göbək ciyəsindən əldə edilə bilər.
Ciyə qanı vacib kötük hüceyrə qaynağıdır və bu məqsədlə 1988-ci ildən
bu yana istifadə edilir.Ciyə qanı kötük hüceyrə qaynağıolaraq sümük iliyinə nisbətən daha güclü mənbədir.Özündə daha çox kötük hüceyrə toplayır və əldə edilməsi daha asandır.Bütün bu üstünlüklərinə görə ciyə qanının toplanması və müalicədə istifadəsi bütün dünyada geniş olaraq yayılmışdır.
Davamı...Açar sözlər:
Kötük hüceyrələr potensial imkanlarına görə fərqli təsnif olunurlar.Bu təsnifat D.Ziporinin(2005) tərtib etdiyi sxemdə öz əksini tapmışdır.
Davamı...Açar sözlər:
Qabaqki yazılar
- Kötük Hüceyrələr müalicədə-XƏRÇƏNG
- Embrional kötük hüceyrə
- Yetkin kötük hüceyrələr
- Kötük hüceyrə nədir?

