Reklam verin!
AZERMED-ə XOŞ GƏLMİSİNİZ!
http://azermed.azeriblog.com/public/blogs/azermed/2008/08/29/3d_model_dna_web3.jpgHal-hazırda güman edilir ki, yalnız iki virus, insanın T hüceyrə leykemiya virusu və papilloma virusu insan şiş vir uslarıdırlar. Halbuki, bu siyahıda bir neçə virusun adı çəkilir.Bu günə kimi leyklemiya və limfomalara səbəb olan iki HTLV virusu alınmışdır – HTLV-I və HTLV-II. HTLV-I 1980-cı ildə dərisində T hüceyrə limfoması olan xəstənin şiş hüceyrələrini iododeoxyuridine ilə işlərkən alınmışdır. Lakin bu virus endogen virus hesab olunmur, çünki insan DNT-sində onun RNT-sinə oxşar gen yoxdur. Bu virusun RNT və zülalları digər reroviruslardan kəskin surətdə fərqlənir. Şişdən əlavə spastik paraparez və autoimmun xəstəliklərinə səbəb olur.HTLV-I virusunun şiş əmələ gətirmə mexanizmi digər retroviruslardan fərqlənir, belə ki, onun viral onkogeni yoxdur. Lakin əvəzində onun ayrıca iki xüsusi geni var tax rex(standart retroviruslarda gag, pol, env genləri mövcuddur).Tax geni interleykin-2(IL-2) miqdarını çoxaltdığından T-hüceyrələr bədxassəliböyüməyə oxşar olaraq bunlar da böyüməyə başlayırlar.
Bookmark and Share

Açar sözlər:

Yazar: ~AZERMED~ | Tarix: Avqust 28, 2008 23:32 | Onkoviruslar(ELNUR MEHDI) | Şərhlər(0) | Baxış sayı: 49

http://azermed.azeriblog.com/public/blogs/azermed/2008/08/29/3d_model_dna_web4.jpgOnkovirusların ötürülməsi təcrübə heyvanlarında iki proseslə baş verə bilər, vertikal və horizontal. Vertikal transmissiya virusun ana hüceyrədən qız hüceyrəyə (hüceyrələrə), horizontal transmissiya isə valideynləri müxtəlif olan hüceyrələrin bir-birini yoluxdurması başa düşülür. Vertikal transmissiya 3 yolla olabilər: (1)viral genetik material sperm və ya yumurtada olarsa, (2)virus özüplasentadan (3) və ana südündən ötürülə bilər. Vertikal yoluxmada çoxlu onkovirus sintez olunur və şişin əmələ gəlmə ehtimalı böyükdür, halbuki horizontal yoluxmada tam əksinə. Insanlar horizontal yoluxma nadir hallarda yalnız kanserli xətlərlə kontaktda olduqda yoluxma ola bilər.
Bookmark and Share

Açar sözlər:

Yazar: ~AZERMED~ | Tarix: Avqust 28, 2008 23:07 | Onkoviruslar(ELNUR MEHDI) | Şərhlər(0) | Baxış sayı: 47

http://azermed.azeriblog.com/public/blogs/azermed/2008/08/28/medicine4.jpgOnkovirus infeksiyasının nəticəsi virusun və hüceyrənin növündən asılıdır. Bu zaman(1) progen viruslar hüceyrə daxilində əmələ gələrək, hüceyrənin məhvinə səbəb olurlar;(2) ya da proviral genlərin köməkliyi ilə bəd xassəli şişlər əmələ gəlir.Buradan aydın olur ki, bədxassəli transformasiya üçün sadəcə virusun geni lazımdır, progen virusların sintezinə ehtiyac yoxdur.Bir çox hallarda, papovavirus kimi DNT onkoviruslar da çoxala bilmədiyi hüceyrələri transformasiya edir. Belə hüceyrələr “icazə verməyən” hüceyrələr adlandırırlar, çünki onlar virusa çoxalmağa icazə vermirlər. Bədxassəli transformasiyaya əsas addım virusun “erkən” genlərininhüceyrədə fəaliyyətə başlamasıdır. Bu “erkən” genlər virusun çoxalma genlərinin önündə durur. Bu “erkən” genlər hüceyrədə T antigen adlandırılan zülalları sintez edir.Biokimyəvi cəhətdən böyük T antigen proteinkinaza və ATF-aza aktivliyinə malikdir. Böyük T antigen viral DNT-nin inisiasiya sahəsinə birləşərək onun sintezinə mane olur. Buna görə transformasiya üçün başlıca şərtdir.Demək olar ki bütün T antigenlər nüvədə olur, lakin bəzən hüceyrə sethində də tapılır. Belə vəziyyətdə onlar TSTA*** adlanan transplantasiya antigeni kimi tanınır. TSTA özünə immun sistemi cəlb edərək şiş hüceyrələrin məhvinə səbəb olur. Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: ~AZERMED~ | Tarix: Avqust 28, 2008 21:57 | Onkoviruslar(ELNUR MEHDI) | Şərhlər(0) | Baxış sayı: 50

Virusların daxil olduğu hüceyrələrdə aşağıdakı dəyişikliklər müşahidə

olunur.

Morfoloji dəyişikliklər

Hüceyrələr öz differensasiya olunmuş formasından çıxıb yuvarlaqlaşır,mikroskop altında daha aydın görünür. http://azermed.azeriblog.com/public/blogs/azermed/2008/08/28/picture178.jpgBu yuvarlaqlaşma hüceyrədəki aktin filamentlərin disaqreqasiyasından irəli gəlir.

Kariotip dəyişikliyi müşahidə olunur.Zülal sintezi pozulur. Zülal həm virus mənşəli, həm də mutasiyaya uğramış ola bilər. Əgər bu zülal hüceyrə səthinə çıxsa immun sistemi tərəfindəndərhal məhv edilir.Reproduktiv dəyişikliklərHər bir hüceyrə müəyyən ardıcıllıq və səliqə ilə böyüyür və bölünür. Bubölünmənin bir səbəbi də “kontakt inhibisiya”dır. Hüceyrələr çoxalarkən toxumada yer azalır, hücerələr bir-birinə toxunur. Toxunma səthi, təzyiqi artığından “kontakt inhibisiya” sistemi işə düşür və çoxalma dayanır. Şişhüceyrələrində bu sistem yoxdur.Şiş hüceyrələri normal hüceyrələrdən fərqli olaraq hətta aşağı konsentrasiyalı qidalı mühitdə belə çoxala bilirlər.Bəzi normal hüceyrələr çoxalması üçün dayaq səthi(məs. bazal membran) lazımdır. Şiş hücəyrələri üçün bu gərəkdirməz.Normal hüceyrələr kulturada orta hesabla 50 nəsil verə bilirlər. Lakin şiş hüceyrələri sonsuz miqdarda nəsil verirlər.

 

Davamı...
Bookmark and Share

Açar sözlər:

Yazar: ~AZERMED~ | Tarix: Avqust 28, 2008 21:32 | Onkoviruslar(ELNUR MEHDI) | Şərhlər(0) | Baxış sayı: 53

Günümüzdə tez-tez rast olunan xəstəlikərdən biri də şiş hüceyrələrin orqanizmdə artıb çoxalmasıdır. Hazırda dünyada milyonlarca insan bu xəstəliyə tutulmuşdur. Lakin Azərbaycanda olan göstəricilər digər inkşaf etmiş ölkələrə nisbətən xeyli azdır. Bu o demək deyil Azərbaycanda xəstələr azdır. Sadəcə olaraq xarici ölkələrdə insanlar ildə iki dəfə bütün müayinələrdən keçirlər və ona görə də onlarda şiş tez tapılır. Azərbaycanda isə xəstələr artıq şişin inkşaf etmiş formasında həkimlərə müraciət edirlər. Bir də əgər şiş dəridə olarsa...Baxmayaraq ki, onkoloji tibb müəssisələrinin öz sahələrində bir çox nəaliyyətlərə çatmışlar lakin onların müalicələrin çoxu simptomatik xarakterdaşıyır. Şiş hüceyrələrinin nə müalicəsi nə də etiologiyası tam örənilmədiyindənbiz tələbələrin daha çox marağına səbəb olur.Şiş hüceyrələri çoxalma və böyüməsi kontrol altından çıxmış və çoxalaraq anatomik şişə çevrilən hüceyrələrdir. Müxtəlif toxmaların şiş yaratma ehtimalımüxtəlifdir. Orqanizmdə bəzi virusların şiş hüceyrələri törətdikləri müşahidə olunmuşdur. Belə virusların xarakterik ortaq bir ölçüləri, kimyəvi quruluşları,forması yoxdur. Bəziləri örtülü, bəziləri çılpaq. Bəzilərin DNT-si, bəzilərin RNT-si var. Bir sözlə bunları birləşdirən onların şiş törətmək qabiliyyətidir.Bu virusların şişin örənilməsində vacibliyi 2-dir:Bu virusların təsir effekti digər kanserogen maddələrə və şüalanmaya nisbətən daha tez özünü büruzə verir. Bu bir neçə gündən-bir neçə həftəyə kimi ola bilər.Onların şişə səbəb olan genomları çox kiçik olduğundan şişin etiologiyasını öyrənmək üçün çox münasib orqanizmlərdir.
Bookmark and Share

Açar sözlər:

Yazar: ~AZERMED~ | Tarix: Avqust 28, 2008 21:30 | Onkoviruslar(ELNUR MEHDI) | Şərhlər(0) | Baxış sayı: 46

Qabaqki yazılar

  Yazılar cəmi: 25    Sonrakı səhifə »