Keçən il “Nature” və “Cell Stem Cell” jurnallarında yayımlanan bir xəbər bütün dünya alimlərinin diqqətini özündə topladı:Artıq dəyişdirilmiş dəri hüceyrələrindən embrional kötük hüceyrə əldə edilməsi ilə aparılan tədqiqatlar müsbət nəticə verirdi.Yaponyadakı Kyoto Universitetindən Dr.Şinya Yamanaka geçən il siçanlar üzərində tədqiqat apararaq onların dəri hüceyrələrinə virusların köməyi ilə Oct4,Sox2,c-Myc və Klf4 genlərini nəql etməklə bu hüceyrələrdə embrional kötük hüceyrələrə məxsus xüsusiyyətlər qazandırdı.Bu hüceyrələr törədilmiş plüropotent kötük hüceyrələr{ing.:indused pluripotent stem- (iPS) cells}.Lakin əldə edilən hüceyrələr bütün hüceyrələrə çevrilə bilmədi.iPS hüceyrələrinin əldə olunmasının iki mühüm elmi-praktik əhəmiyyəti vardır.Birinci-insanın differensiasiya etmiş somatik hüceyrələrini differensiasiya etməmiş plüropotent kötük hüceyrələrə çevirmək üçün lazım olan transkripsiya faktorları dəqiqləşdirilmişdir.İkinci isə iPS hüceyrələrin resipiyentə köçürülməsi zamanı transplantantın qopma reaksiyasının baş verməməsidir. Daha sonra Amerika Whitehead İnsitutundan Rudolf Jaenish və Harvard Universitetindən Konrad Hochedlinger Nanog adlı zülalı sintez etmek üçün fibroblastlara gen köçürdülər.Beləliklə təcrübə nəticəsində alınan hüceyrə embrional kötük hüceyrə xüsusiyyətlərini qazandı.
Açar sözlər:
“Cloning and Stem Cell” jurnalının internet sayesindı verilən məlumata görə mayalanmamış yumurtaya embrional inkişafı başlatmaq üçün müxtəlif təsirlər edilərək onlardan embrional kötük hüceyrə alınması ilə aparılan tədqiqatlar müsbət nəticə verib.Alimlər belə kötük hüceyrələrin donor qadından başqa digər insanlarda da istifadə ediləı biləcəyi qənaətindədir.Lakin bu zaman kötük hüceyrə nəqli ilə yanaşı immun sisitemi zəiflətmək gərərkdir.Üsulun qəribə olduğunu bildirən Harvard Kötük Hüceyrə universitetindən George Daley bununla bərabər bu hüceyrələrin təbii yollarla döllənmiş yumurtalardan əldə edilən kötük hüceyrələr qədər yaxşı olub olmayacağının hələki bilinmədiyini bildirir.Daley kişinin DNTsini olmamağının kötük hüceyrələrin işinə nə dərəcədə təsir edə biləcəyi haqqında dəqiqi fikirn bildirməkdə çətinlik çəkir.
Açar sözlər:
Hal hazirda tip diabet xəstəliyinin 2 cür nüalicə üsulu var.1)İnsulin istehsal edən adacıq hüceyrələrinin xəstəyə bir-başa nəqli2)Kötük hüceyrə müalicəsi İnsulin istehsal edən adacıq hüceyrələrinin xəstələrə nəql edilməsi artıq praktikada tedbiq edilən bir üsuldur.Bu üsulun çatışmayan tərəfləri çoxdur.Uyğun donor tapmaq çox çətin işdir.Həmçinin orqanizmə köçürülən adacıq hüceyrələri orqanizmdə yad cism kimi qəbul edilərək məhv edilir.Köçürülən adacıq hüceyrələrini çox cuzi hissəsi təxminən 15%i xəstənin orqanizmində sağ qala bilir.Bunun üçün immun sistemi zəiflədən yüksək dozalı dərmanlardan istifadə edilir.Bu dərmanlar insanın immun sistemini zəiflədərək orqanizmin mikroorqanizmlərə həssaslığını artırır.Bunun üçün kötük hüceyrə müalicəsinə dair çoxlu fikirlər səslənir.
Davamı...Açar sözlər:
Beləliklə, yaşlanma və yaxud erkən menapauza ilə əlaqədər olaraq hamilə qala bilməyən qadınların öz yumurta hüceyrələri ilə hamilə qalması əldə edilir.Kişilərdə də spermatozoid əldə edilə bilmirsə öz orqanizmdəki hər hansı bir hüceyrədən istifadə edərək eyni genetik quruluşa malik spermatozoid əldə edilir.Beləliklə ,bəzi cəmiyyətlərdə etik problemlərə yol açan yumurta hüceyrəsi və spermatozoidin bağışlanması problemləri qismən arada qalxır. 2003-cü ildən başlayaraq aparılan təcrübələr nəticəsində kötük hüceyrələrdən yumurta hüceyrəsi əldə edilir.Oxşar olaraq ,kötük hüceyrələrdən spermatozoidin əldə edilməsinə aid təcrübələr də müsbət nəticələr verib.
Davamı...Açar sözlər:
Eşitmə orqanı ətraf mühitlə əlaqənin qurulmasında son dərəcədə vacibdir.Daxili qulaqda yerləşən Korti orqanı eşitmə və dəstək hüceyrələrindən ibarətdir.
Bu orqanda təxminə 15000 -ə yaxın eşitmə hüceyrələri yerləşir.Bu hüceyrələr mexaniki dalğanı elektrik dalğasına çevirir və beleliklə beyinə elektrik siqnalları ötrülür və biz səsi eşidirik.
Daxili qulaqda yerləşən bu hüceyrələr həddindən artıq həssasdırlar və asanlıqla məhv olurlar.Anadangəlmə və sonradan qazanılan eşitmə qüsurları əsasən bu hüceyrələrin məhvi ilə bağlıdır.Eşitmə qüsurları müxtəlif genetik səbəblərdən əmələ gələ bilər.
Anadan gəlmə eşitmə qüsurları 1:1000 nisbətindədir.Sağlam doğulan uşaqların 1:1000ində hələ yetkinlik dövrünə çatmadan əvvəl müxtəlif nisbətlərdə eşitmə qüsurları olur.Bununla bağlı olaraq uşaqlarda nitqdə problemlər əmələ gəlir. Eşitmə hüceyrələri özlərini yeniləmək qabiliyyətinə malik deyil. Hər hansı bir səbəbdən zərər gördükdə çoxalıb özlərini bərpa edə bilmirlər.Günümüzdə aparılan son təcrübələr embrionik kötük hüceyrələrin eşitmə hüceyrəsinə çevrilə bildiyini göstərir.Yaxın zamanlarda müvazinət orqanını əmələ gətirən hüceyrələrin də kötük hüceyrə xüsusiyyəti daşıdığı müəyyən olunub.
Davamı...Açar sözlər:
Qabaqki yazılar
- Kötük Hüceyrələr müalicədə-XƏRÇƏNG
- Embrional kötük hüceyrə
- Yetkin kötük hüceyrələr
- Kötük hüceyrə nədir?
