1952-Çömçəquyruq klonlaşdırılan ilk canlı olaraq tarixə keçdi.
1975-John Gordon nüvə transferi üsulu ilə ixtisaslaşmış hüceyrələri istifadə edərək qurbağa klonlaşdırmağı bacardı.
1983-James McGrath və Davor Solter adlı tədqiqatçılar nüvə transferi üsulunu məməlilərdə istifadə etdilər.
1986-Embrion hüceyrələrindən ilk məməli heyvanlar,qoyun və inək klonlaşdırıldı.
1993-Kultura mühitində böyüdülən embriondan inək klonlaşdırıldı.
1997-Edinburgdaki Roslin insitutindan tədqiqatçılar yetişkin hüceyrədən klonlaşdırılan ilk məməli canlının -DOLLYnin dünyaya geldiyini açıqladılar.
Davamı...Açar sözlər:
Somatik hüceyrə nüvəsi transferi üsulunda ilkin yetişkin bir məməmlinin somatik hüceyrəsi alınır.Kultura mühitində hüceyrə G0 mərhələsində dayandırılır.Bunun üçün hüceyrənin qidalanma mühiti zəiflədilir inkişafı dayandırılır.Daha sonra bu hüceyrənin DNTsi çıxarlır.sonra eyni növdən olan dişinin da yumurta hüceyrəsinin Dntsi çıxarılır.Bədən hüceyrəsindən əldə edilən DNT yumurta hüceyrəsinə köçürülür.Əmələ gələn hüceyrədə donorun DNTsi olur.Beləliklə donor hüceyrədən alınan nüvənin yaşaması əldə edilir.Yeni hüceyrə normal inkişafa başlayır.Əmələ gələn embrion yetişkin bir dişinin balalığına köçürülür və hamiləlik dövrü başladılır.Klonlanan canlı nomal doğumla dünyaya gəlir.Doğulan canlı somatik hüceyrənin alındığı canlının genetik xüsusiyyətlərini daşıyır.
Açar sözlər:
1997-ci ildə İngiltərədəki Roslin Universitetindən Lan Wilmut və əməkdaşları klonlaşmış bir qoyunun dünyaya göz açdığını açıqladılar.Onlar bu qoyunu DOLLY olaraq adlandırdılar.Bundan sonra laboratoriyalarda müxtəlif canlılar- inək siçan meymun klonlaşdırıldı.Əslində heyvanların klonlaması dolly ilə başlamadı.Hələ 1950-Ildə alimlər çömcəquyruqların klonlaşdırıla biləcəyini söyləmişdilər.1970-ci ildə JOHN GURDON adlı tədqiqatçı yetişkin bir qurbağanın dəri hüceyrəsindən aldığı nüvəni bir başqa qurbağadan aldığı nüvəsi yox edilmiş mayalanmamış yumurta hüceyrəsinə köçürür.Bu yumurta hüceyrəsinin inkişafı nəticəsində əmələ gələn çömçəquyruq nüvəsi alınmış qurbağanın genetik xüsusiyyətlərini daşıyıb.Amma alınmış çömçəquyruqlar inkişaf etməyərək məhv olublar.Ancaq istifadə etdiyi üsul gələcəkdə bir çox təcrübələr üçün əsas oldu.Gurdonun üsulunun məməli heyvanlarda işə yaraya biləcəyi dollyye qədər isbat olunmadı.Sadəcə olaraq 1970-ci illərdə alimlər siçan inək və qoyun kimi bəzi məməlilərin embrionlarını klonlaşdırabilirdilər.Bu təcrübələrdə embrionlar eyni parçalara ayrıldı və eyni yumurta əkizləri əmələ gəldi.Bu embrionlar bir sperm tərəfindən mayalanmış bir yumurta hüceyrəsi tərəfindən əmələ gəldiyi üçün həm ananın həm də atanın genetik xüsusiyyətini daşıyırdı.
Açar sözlər:
Harvard və Oxford universitetlərinin əməkdaşlığı ilə aparılan tədqiqatlar nəticəsində insanlarda boyu müəyyən edən gen aşkar edilib.35 min insanın DNTsini nəzərdən keçirən alimlər bəzi insanların digərlərindən daha uzun olmasının səbəbini genetik şifrələrdə olan dəyişiklikdə görürlər.Tədqiqata görə boyu müəyyən eden “HMGA2” adlı genin şifrəsində T(timin) əvəzinə C (sitozin) olan bir insanın boyu digərlərindən yarım santimetr uzun olur. “Nature Genetics” jurnalında yayılan xəbərdə tədqiqatçı Joel Hirshhorn,”uzunluq cox qarışıq xüsusiyyətdir,genetik və genetik olmayan faktorlardan aslıdır.Həmçinin bu tədqiqatın diabet, xərçəng və insan xəstəliklərinə də faydalı olacağını düşünürük” deyə öz fikrini bildirib. Tədqiqatlar nəticəsində müəyyən olunub ki ,“HMGA2” geni şişin əmələ gəlməsinə təsir edir.Belə ki,uzun boylu insanlarda xərçəng olma ehtimalı daha yüksəkdir.
Açar sözlər:
Qabaqki yazılar
- Kötük Hüceyrələr müalicədə-XƏRÇƏNG
- Embrional kötük hüceyrə
- Yetkin kötük hüceyrələr
- Kötük hüceyrə nədir?

