Reklam verin!
AZERMED-ə XOŞ GƏLMİSİNİZ!

EvtanaziyaKönüllü ölüm...
Xett çarı Menon ölümü nemət, Aristofen yeraltı aləmin hökmdarı Aidin cəzası, Axilles isə qəflətən gələn qonaq sayardı.
Yunanlar ölünü son mənzilə yola salmazdan əvvəl gözlərini qapayar, sonra da qapanmış gözlərin üstünə mis sikkə qoyardılar.
İndi isə insan öləndə çox zaman dünyanın o birisinə hər şeyi görərək gedir.
Ağrını, əzabı, dözülməz sancıları.
Öz vücudundakı ağrıları. Sonadək. Dözə bilinməyədək. Əzabla.
Dünyada sadəcə, üç yerdə insanların həyatı könüllü tərk etməsinə icazə verilir.
Birinci məkan Fələstindir. Burada könüllü ölməyin çox sadə və çeşidli yolları var ki, hamısına da "sionist işğalçılarına qarşı şəhadət" deyilir: şəhid gedəsi adam ölümü könüllü seçir, sonra da israillilərə maksimum ziyan vurmaq üçün özünü partladır.
İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölümü seçmələri qanunla rəsmiləşdirilib.
Yçücü və sonuncu məkan ABŞ-ın Oreqon ştatıdır. Oreqonda 1997-ci ildən bəri qüvvəyə minmiş yerli qanuna görə, kbönüllü ölüm proseduru yolverilən əməldir. Birləşmiş ştatların heç bir başqa yerində belə qanun yoxdur.

 

Davamı...

Açar sözlər:

Yazar: ~AZERMED~ | Tarix: Fevral 4, 2008 17:12 | EVTANAZIYA~xüsusi bölmə | Şərhlər(2) | Baxış sayı: 107

evtanaziya

Evtanaziya yaşamağından ümid kəsilmiş xəstənin öz istəyi ilə həyatına son vermək və onun ağrı-acı və əzab çəkməyinə mane olmaq mənasında işlədilən bir kəlmədir.Evtanaziya adətən 2 formada həyata keçirilir. Bunlardan biri öldüyü halda tibb avadanlığına, başqa sözlə, cihazlara bağlanan və həyatı onların vasitəsilə xilas edilməyə çalışılan xəstə insanı həmin cihazlardan ayırmaqla baş verir. Bu cür bir əməliyyatda adam öldürməkdən danışmaq olmaz. Çünki tibbi cihazları xəstədən ayırmaq onsuz da ölmüş olan insanın bədənini belə bir mənasız işdən xilas etmək sayılır.          İkinci və əsl mühüm olan evtanaziya həkimlər tərəfindən sağalmaq ehtimalının heç cür mümkün olmadığı məyyən edilmiş xəstənin daha çox əzab çəkməməsi üçün öz istəyi ilə öldürülməsidir. Məhz bu, cinayətdir. İstər təzə doğulmuş körpə, istər yaşlı, istərsə ölüm döşəyində olan bir insan olsun, bu insanın son nəfəsinə qədər yaşamaq hüququ var. Belə bir insanı öldürənlə sağlam bir insanı öldürən arasında fərq yoxdur.          Həyat çətinliklərlə doludur. Həmişə həyatından tamamilə ümid kəsilmiş neçə-neçə xəstələr görürük ki, sağalıb bizim aramızda yaşamağa davam edirlər. Xəstəlik, çətinlik və acı hadisələr insanlar üçündür. Belə şeylərə qarşı səbr etmək və ümidi heç vaxt itirməmək lazımdır. Allah Quranda: “Allah səbr edənlərlədir”, - deyir (Bəqərə, 2/153).
          İntihar etmək haram olduğu kimi bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır.

          Bir insan xəstəlik və ağır yaralanma kimi bir səbəbə görə can üstə olduğu vaxt özündən əvvəl can verən şəxsin mirasçısı olur. Müsəlman olmayan bir insan ölüm ona gəlib çatmamış müsəlmanlığı qəbul edirsə, müsəlman olur. Günahkar bir insan ölüm ayağında tövbə etsə, tövbəsi qəbul olunur. Bu insanın haqq-hüququ tamamilə davam edir. Başqa sözlə, xəstə bir insanı bu cür öldürən adam edam cəzasına məhkum edilir.

 http://muselmanlar.com/haber_detay.php?haber_id=101


Açar sözlər:

Yazar: ~AZERMED~ | Tarix: Fevral 4, 2008 17:08 | EVTANAZIYA~xüsusi bölmə | Şərhlər(2) | Baxış sayı: 129

Qabaqki yazılar

  Yazılar cəmi: 2