Bu söz hər bir canlının keçmiş zamanlardan bəri ölərək yenidən başqa vəziyyətdə,başqa bir dünyada həyata qayıtmasını ifadə edir.Bizim hər birimizin keçmiş və gələcək həyatı var,hal-hazırda isə bu həyatın qısa bir hissəsini yaşamaqdayıq. Yüz illər əvvəl kiməsə çox uzun gələ bilər,amma ona hissə-hissə yanaşdıqda bu elə də böyük bir zaman olmadığı görsənir Ola bilərmi ki,bizim həyatımız ipə düzülmüş muncuqlara bənzərdir,və bu muncuqların hər biri bir doğuluşumuzdan ölümümüzə qədər olan həyat deməkdir?Bu mümkündürmü?Ölümdən sonra bizim ruhumuz tamamilə itir,bəs bizim beynimizdəki məlumatlar?Hər yeni həyatımızda sıfırdan başlanılır?Bütün bu və digər suallar neçə illərdir insanları maraqlandırır və indiyə kimi də tam əsaslı bir faktlarla cavab tapılmamışdır. Davamı...
Açar sözlər:
Bu hipnozun bir növüdür.Reqressiv terapiya zamanı insan adi halda xatırlamadığı hadisələri yadına salır.Və bu zaman o hətta lap uzaq keçmişə də nəzər sala və orda baş verən hadisələri dəqiqliklə deyə bilir.Reqressiv terapiya vasitəsilə insanın keçmişdə yaşadıqları araşdırılır ki,bu da həmin insanın indiki zamanda hal-hazırda mövcud olan bir çox ruhi xəstəliklərinin və ya hər hansı qorxu hisslərinin mənbəyinin araşdırılmasına şərait yaradır. Hipnoz yuxusu adi yuxulardan fərqlənir.İnsan hipnozda olarkən yarıyuxulu və yarıoyaq vəziyyətdə olur, hansı ki, bu halda insanın beyni çox fərqli düşünmə qabiliyyəti əldə edir. Davamı...
Açar sözlər:
Könüllü ölüm...
Xett çarı Menon ölümü nemət, Aristofen yeraltı aləmin hökmdarı Aidin cəzası, Axilles isə qəflətən gələn qonaq sayardı.
Yunanlar ölünü son mənzilə yola salmazdan əvvəl gözlərini qapayar, sonra da qapanmış gözlərin üstünə mis sikkə qoyardılar.
İndi isə insan öləndə çox zaman dünyanın o birisinə hər şeyi görərək gedir.
Ağrını, əzabı, dözülməz sancıları.
Öz vücudundakı ağrıları. Sonadək. Dözə bilinməyədək. Əzabla.
Dünyada sadəcə, üç yerdə insanların həyatı könüllü tərk etməsinə icazə verilir.
Birinci məkan Fələstindir. Burada könüllü ölməyin çox sadə və çeşidli yolları var ki, hamısına da "sionist işğalçılarına qarşı şəhadət" deyilir: şəhid gedəsi adam ölümü könüllü seçir, sonra da israillilərə maksimum ziyan vurmaq üçün özünü partladır.
İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölümü seçmələri qanunla rəsmiləşdirilib.
Yçücü və sonuncu məkan ABŞ-ın Oreqon ştatıdır. Oreqonda 1997-ci ildən bəri qüvvəyə minmiş yerli qanuna görə, kbönüllü ölüm proseduru yolverilən əməldir. Birləşmiş ştatların heç bir başqa yerində belə qanun yoxdur.
Davamı...
Açar sözlər:

İntihar etmək haram olduğu kimi bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır.
Bir insan xəstəlik və ağır yaralanma kimi bir səbəbə görə can üstə olduğu vaxt özündən əvvəl can verən şəxsin mirasçısı olur. Müsəlman olmayan bir insan ölüm ona gəlib çatmamış müsəlmanlığı qəbul edirsə, müsəlman olur. Günahkar bir insan ölüm ayağında tövbə etsə, tövbəsi qəbul olunur. Bu insanın haqq-hüququ tamamilə davam edir. Başqa sözlə, xəstə bir insanı bu cür öldürən adam edam cəzasına məhkum edilir.
http://muselmanlar.com/haber_detay.php?haber_id=101
Açar sözlər:
Ingilis alimlərinin apardığı tədqiqat nəticəsində müəyyən olunub ki , hamiləlikdə stress doğulacaq uşağın zəkasına mənfi təsir göstərir.Stress hamiləliyin 17-ci həftəsindən etibarən dölə təsir edir.Ana bətnində stressə məruz qalan körpələrin davranışında da pozğunluqlara rast gəlinir. Alimlər ananın yaşadığı stressin hansı mexanizmlə körpəyə ötürüldüyünü hələ tam dəqiqləşdirməyiblər.
Açar sözlər:
Qabaqki yazılar
- Kötük Hüceyrələr müalicədə-XƏRÇƏNG
- Embrional kötük hüceyrə
- Yetkin kötük hüceyrələr
- Kötük hüceyrə nədir?
