AZERMED-ə XOŞ GƏLMİSİNİZ!
Keçən il “Nature” və “Cell Stem Cell” jurnallarında yayımlanan bir xəbər bütün dünya alimlərinin diqqətini özündə topladı:Artıq dəyişdirilmiş dəri hüceyrələrindən embrional kötük hüceyrə əldə edilməsi ilə aparılan tədqiqatlar müsbət nəticə verirdi.Yaponyadakı Kyoto Universitetindən Dr.Şinya Yamanaka geçən il siçanlar üzərində tədqiqat apararaq onların dəri hüceyrələrinə virusların köməyi ilə Oct4,Sox2,c-Myc və Klf4 genlərini nəql etməklə bu hüceyrələrdə embrional kötük hüceyrələrə məxsus xüsusiyyətlər qazandırdı.Bu hüceyrələr törədilmiş plüropotent kötük hüceyrələr{ing.:indused pluripotent stem- (iPS) cells}.Lakin əldə edilən hüceyrələr bütün hüceyrələrə çevrilə bilmədi.iPS hüceyrələrinin əldə olunmasının iki mühüm elmi-praktik əhəmiyyəti vardır.Birinci-insanın differensiasiya etmiş somatik hüceyrələrini differensiasiya etməmiş plüropotent kötük hüceyrələrə çevirmək üçün lazım olan transkripsiya faktorları dəqiqləşdirilmişdir.İkinci isə iPS hüceyrələrin resipiyentə köçürülməsi zamanı transplantantın qopma reaksiyasının baş verməməsidir. Daha sonra Amerika Whitehead İnsitutundan Rudolf Jaenish və Harvard Universitetindən Konrad Hochedlinger Nanog adlı zülalı sintez etmek üçün fibroblastlara gen köçürdülər.Beləliklə təcrübə nəticəsində alınan hüceyrə embrional kötük hüceyrə xüsusiyyətlərini qazandı.
Açar sözlər:
Yazar: ~AZERMED~ | Tarix: Avqust 21, 2008 17:36 | KÖTÜK HÜCEYRƏ(N.Mecidova) |
Şərhlər(0) | Baxış sayı: 76

