AZERMED-ə XOŞ GƏLMİSİNİZ!
Embrional kötük hüceyrələr blastosist mərhələsində olan embrionun daxili hüceyrə kütləsindən əldə edilir.
Embrional kötük hüceyrələr 1998-ci ildə TOMSON və əməkdaşları tərəfindən əldə edilib.Günümüzdə insan embrionlarındakı təcrübələr süni mayalanma ilə yaranan embrionlarda aparılır.Embrion potensial canlı olaraq qəbul edildiyindən bu hüceyrələrin tədqiqatda və müalicədə istifadəsi ilə bağlı olaraq etik problemlər ortaya çıxır.Bəzi ölkələrdə tədqiqat üçün istifadəsinə qadağalar qoyulub.Embrional kötük hüceyrələr pluripotent hüceyrələrdir, təxminən 200-ə yaxın hüceyrə tipinə çevrilirlər.Hal-hazırda embrional kötük hüceyrələr klonlaşdırılmış bir embriondan əldə edilir.Belə əldə edilən kötük hüceyrələr xəstənin immun sisteminə uyğunluq göstərir.Embrional kötük hüceyrədən əldə edilən hüceyrə kütləsi emrionid cisimciklər (embryoid bodies) adlanır.Bu cisimciklər endoderma, ektoderma və mezodermadan başlanğıc götürən bütün hüceyrələrə çevrilirlər. Plüropotent embrional kötük hüceyrələrdə OCT-4,SOX2,NANOG kimi transkripsiya faktorlarının vasitəsi ilə differensiasiyaya uğramadan yüksək proliferativ aktivliyi təmin edən 1000-ə yaxın gen ekspressiya olunur.Bu hüceyrələrdə differensiasiya başlandığı dövrdən xüsusi repressorların vasitəsi ilə yuxarıda göstərilən transkripsiya faktorlarının aktivliyi azalmağa başlayır. Hal-hazırda kötük hüceyrələrinin
differensasiyasına nəzarətlə bağlı tədqiqatlar aparılır.Bu məqsədlə müxtəlif böyümə faktorları,sitokinlər, dəstək hüceyrələrindən istifadə edirlər. Embrional kötük hüceyrələrin differensasiya etmədən özünü yenilənməsi üçün mühitdə bir çox faktorların tarazlıqda olması lazımdır.İn-vitro olaraq differensasiyaya nəzarət etmək üçün sitokinlərdən və dəstək hüceyrələrdən istifadə edirlər.İnsan embrional kötük hüceyrələri siçanın embrional fibroblast hüceyrələri və "Leukemia Inhibitory Factor"-LIF olduqda bu xüsusiyyətlərini qoruya bilirlər. Dəstək hüceyrələri və LİF mühitdən uzaqlaşdırılan zaman hüceyrələrin kütlə halına düşməsi baş verir və daha sonra embrionid cisimin əmələ gəlməsi gözlənilir.

Açar sözlər:
Yazar: ~AZERMED~ | Tarix: Avqust 18, 2008 23:46 | KÖTÜK HÜCEYRƏ(N.Mecidova) |
Şərhlər(0) | Baxış sayı: 43