Reklam verin!
HostGator
AZERMED-ə XOŞ GƏLMİSİNİZ!
http://azermed.azeriblog.com/public/blogs/azermed/2008/02/08/hipnoz.gif  Bu hipnozun bir növüdür.Reqressiv terapiya zamanı insan adi halda xatırlamadığı hadisələri yadına salır.Və bu zaman o hətta lap uzaq keçmişə də nəzər sala və orda baş verən hadisələri dəqiqliklə deyə bilir.Reqressiv terapiya vasitəsilə insanın keçmişdə yaşadıqları araşdırılır ki,bu da həmin insanın indiki zamanda hal-hazırda mövcud olan bir çox ruhi xəstəliklərinin və ya hər hansı qorxu hisslərinin mənbəyinin araşdırılmasına şərait yaradır. Hipnoz yuxusu adi yuxulardan fərqlənir.İnsan hipnozda olarkən yarıyuxulu və yarıoyaq vəziyyətdə olur, hansı ki, bu halda insanın beyni çox fərqli düşünmə qabiliyyəti əldə edir.

 

Məşhur alim Tomas Edisson öz-özünü hipnoz etməklə o zamanlar heç bir aydınlıq gətirə bilmədiyi hadisə ilə qarşılaşmışdır.O, öz kabinetinə tək qapanaraq özünü yarıyuxulu vəziyyətə gətirirdi və bu halda izah edə bilmədiyi hadisələrin şahidi olurdu.Edisson normal yuxuya getməmək üçün hər bir əlində metal kürə saxlayırdı,yuxuya getmək üzrə olduqda kürələr əlindən düşürdü və səs yarandığı üçün yuxudan oyanırdı.Adi yuxugörmədən fərqli olaraq o hipnoz yuxusunda düşündürücü səhnələrin,holisinasiyanın (holisinasiya-qeybdən gələn səs) şahidi olurdu.Adi yuxugörmədə insan öz yuxusunda iştirakçı kimi olur,amma reqressiyada sanki kənardan müşahidəçi rolunda olur.Bu vəziyyət normal insanlarda yuxuya getmə ərəfəsində və ya hipnoz yuxusunda olduqda  baş verir.    Hipnozun bu növündən istifadə etdikdə xəstələrdə hətta müəyyən dəyişiklər də nəzərə çarpır.Ən möcüzəli hallarda isə səsin,danışığın dəyişilməsi, bədənində, xarici görünüşündə keçmiş həyatına uyğun müəyyən dəyişikliklərin əmələ gəlməsi baş verir.Məsələn, eksperiment zamanı xəstə özünü indiki halından cavan görürsə onun üzündə qırışların müəyyən dərəcədə itməsi və ya özünü başqa bir ölkənin vətəndaşı kimi görürsə həmin ölkənin dilində danışması və s. bu kimi hadisələr ola bilir.Fiziki dəyişiklərin daha qabarıq formaları kimi hipnoz altında olan xəstənin bədənində keçmiş həyatında əziyyət çəkdiyi xəstəliyin simptomları əmələ gələ bilər.Eksperiment zamanı hətta keçmiş həyatında özünü asmış bir britaniyali xəstədə boynunda kəndirin izi görsənmişdir.Müharibə zamanı döyüşdə həlak olan bir insanda isə hipnoz zamanı bədənində göyərmələr müşahidə olunmuşdur.  1983-cü ildə Avstraliya televiziyası bu mövzuda bir veriliş təşkil etmişdi.Adi əhali arasından 4 evdar qadın seçilmiş və onların hər birisi üzərində reqressiv terapiya aparılmışdır.Bu qadınlar Piter Rouzerin hipnozu altında öz uzaq keçmişlərinə nəzər saldılar.Bu qadınlardan biri də Sintiya Henderson idi.O öz keçmiş həyatında özünü fransız aristokratı kimi gördü.Hipnoz müddətində Sintiya hətta danışığında da elə ifadələr işlətdi ki, o kəlmələr neçə əsr əvvəllər Fransada işlədilmiş və hal-hazırda artıq köhnəlmiş sayılan sözlərə aiddir.O,öz yaşadığı qəsrin Fler kəndi yaxınlığında yerləşdiyini irəli sürdü.Maraqlı tərəfi də o idi ki,bu qadın heç vaxt Avropada olmamışdı,amma buna baxmayaraq çəkiliş qrupunu çox asanlıqla  qəsrin qalıqları qalan yerə apara bildi.  Digər qadın-Helen Pikerinq hipnoz altında olarkən özünün Ceyms Boris olduğunu xatırladı.Hansi ki, 1802-ci ildə Şotlandiyanın Dunbar şəhərində yaşamışdır.Araşdırmalar əsasında müəyyən olundu ki, həqiqətən də belə bir insan yaşamışdır.Öz sübutlarında Pikerinq hətta həmin şəxsin oxuduğu kollecin planını da çəkir.Bu kollecdə həqiqətən də elə bir insan oxumuşdu və kollecin planı qismən də olsa indiki vəziyyəti ilə üst-üstə düşürdü.Adi bir avstraliyalı evdar qadının 19cu əsrdə yaşamış şotlandiyalı bir şəxsin həyatını öyrənməsi o qədər də həqiqətə uyğun olmadığından burda reinkarnasiyanın mövcudluğu fikri ortaya çıxır.

Açar sözlər:

Yazar: ~AZERMED~ | Tarix: Fevral 8, 2008 22:39 | Psixologiya (Ə.İbrahimova) | Şərhlər(3) | Baxış sayı: 105

Şərhlər

1
huseyn yazıb:

doqurdan maraqli faktdir
ve maraqli melumatdir

amma maraqlidir mene bele bir terube Azerbaycanda aparmaq mumkundurmu??
xahish edirem cavablandirin

Mart 9, 2008 15:31
2
KURSANT__1143 yazıb:

maraqlidir rolleyes

İyun 7, 2008 16:10
3
Ruzigarim yazıb:

Inanmiram.

Avqust 18, 2008 21:49

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha