Bu söz hər bir canlının keçmiş zamanlardan bəri ölərək yenidən başqa vəziyyətdə,başqa bir dünyada həyata qayıtmasını ifadə edir.Bizim hər birimizin keçmiş və gələcək həyatı var,hal-hazırda isə bu həyatın qısa bir hissəsini yaşamaqdayıq. Yüz illər əvvəl kiməsə çox uzun gələ bilər,amma ona hissə-hissə yanaşdıqda bu elə də böyük bir zaman olmadığı görsənir Ola bilərmi ki,bizim həyatımız ipə düzülmüş muncuqlara bənzərdir,və bu muncuqların hər biri bir doğuluşumuzdan ölümümüzə qədər olan həyat deməkdir?Bu mümkündürmü?Ölümdən sonra bizim ruhumuz tamamilə itir,bəs bizim beynimizdəki məlumatlar?Hər yeni həyatımızda sıfırdan başlanılır?Bütün bu və digər suallar neçə illərdir insanları maraqlandırır və indiyə kimi də tam əsaslı bir faktlarla cavab tapılmamışdır. Bu suallar ilk növbədə dini maraqlandırır və ruhun başqa bir canlının bədənində qayıtmasına dində bəli olur deyənlər çoxdu.Hətta milyonlarla induslar inanırlar ki,insan öldükdən sonra yenidən dünyaya gəlir və onlar əminliklə deyirdilər ki,insan ruhu hətta heyvan və ya həşərat bədəninə də keçə bilər.Bu isə onun necə həyat sürməyinə görə dəyərləndirilir. Bu sualı dinlə bərabər psixologiya elmi də araşdırır.Bizim yaddaşımızda yaşadığımız o sapa düzülmüş həyatımızdan hansısa bir xatirə,iz qalıbmı?Bu suala da elm “bəli” cavabını verir.Bu haqda çox araşdırmalar aparmış Cozef Kempbell demişdir:-Reinkarasiya sizin düşündüyünüzdən daha geniş və dərin məhfum olduğunuzu göstərir.Sizin varlığınızın məlum olmayan dərinlikləri vardır,hansılar ki, sizin şüurunuzun fikirləş-diyinizdən daha geniş imkanlara malik olduğunu sübut edir.Həyat düşündüyümüzdən daha dərin və geniş məhfumdur.Sizin bu həyatınız sizə verilən həyatın çox cuzi bir hissəsidir.Və bir gün siz onu anlaya bilsəniz ,o zaman özünüzdə bilmədən bütün dini bilikləri dərk etmiş olacaqsınız.
Açar sözlər:
Şərhlər
Esli,aferin,maraqli meqamlara toxunmusan.Bu meselenin elmi terefini bashqa vaxt yazaram
Men ozum reinkarnasiyaya qismen de olsa,inaniram.Bir ne4e il bundan qabaq yuxuda bundan evvelki heyatimda Vyanada yashadigimi gormushdum.Bu yuxudan sonra Avstriyaya ve paytaxti Vyanaya vuruldum.
Ona gore men de ruhun olmezliyinin elmi esaslarininin movcudlugu ile razilashmaya bilmerem..
Məm məsələyə dini cəhətdən yanaşmaq istəyirəm.Dinimiz İslamda göstərilirki insan öldükdən sonra ruhu qiyamət gününə qədər qəbr əzabı keçirir.Və qiyamət günündə hesab verir.əgər ruh bir neçə insanın bədəində yaşayırsa o zaman hansı insanın əməlinə görə cavabdeh olacaq?Artıq burda dində olan fikirlərlə reinkarnasiya anlayışı düz gəlmir.dinə və elmə eyni dərəcədə inandığım üçün bu uyğunsuzluq meni çaşdırır
Amma elm reinkarnasiya anlayışını tam sübüt edə bilmir.
Aysel xanım sizin fikirlerinize hörmetle yanaşıram. Amma gelin sizin Vyana seferinizi başqa yönden düşünek. Ruhun zaman ve mekandan azad bir varlıq olduğunu qebul etsek sizin yuxuda hansısa şeheri görmeyiniz heç de keçmişde orada yaşadığınızı sübut etmir. Belke de ele yuxunu gördüyünüz gece ruhunuz Vyanaya gedib...
Fevral 11, 2008 23:33

Salamlar...Bilirsiniz bu suallar insanlari tarixen maraqlandiran suallar olub ve eminem ki,hele deqiq,real cavab tapan olmuyub...Dushunurem ki,hec bu mumkun de deyil..,bu suallarin cavabi,umumiyyetle heyatin mahiyyeti yalniz insan biz nezerde tutdugumuz heyatini basha vurduqdan sonra achiqlanir..
Fevral 8, 2008 23:49Insanin oldukden sonra yeniden dunyaya gelmesi,ruhunun diger canliya daxil olmasi ise bir felsefi fikirdi,bunu derk etmekchun bir az dushunmek kifayet edecek... Hamiya ugurlar... Bu dushundurucu meqaleni bura yazana ise TESHEKKURLER...