Keçən il “Nature” və “Cell Stem Cell” jurnallarında yayımlanan bir xəbər bütün dünya alimlərinin diqqətini özündə topladı:Artıq dəyişdirilmiş dəri hüceyrələrindən embrional kötük hüceyrə əldə edilməsi ilə aparılan tədqiqatlar müsbət nəticə verirdi.Yaponyadakı Kyoto Universitetindən Dr.Şinya Yamanaka geçən il siçanlar üzərində tədqiqat apararaq onların dəri hüceyrələrinə virusların köməyi ilə Oct4,Sox2,c-Myc və Klf4 genlərini nəql etməklə bu hüceyrələrdə embrional kötük hüceyrələrə məxsus xüsusiyyətlər qazandırdı.Bu hüceyrələr törədilmiş plüropotent kötük hüceyrələr{ing.:indused pluripotent stem- (iPS) cells}.Lakin əldə edilən hüceyrələr bütün hüceyrələrə çevrilə bilmədi.iPS hüceyrələrinin əldə olunmasının iki mühüm elmi-praktik əhəmiyyəti vardır.Birinci-insanın differensiasiya etmiş somatik hüceyrələrini differensiasiya etməmiş plüropotent kötük hüceyrələrə çevirmək üçün lazım olan transkripsiya faktorları dəqiqləşdirilmişdir.İkinci isə iPS hüceyrələrin resipiyentə köçürülməsi zamanı transplantantın qopma reaksiyasının baş verməməsidir. Daha sonra Amerika Whitehead İnsitutundan Rudolf Jaenish və Harvard Universitetindən Konrad Hochedlinger Nanog adlı zülalı sintez etmek üçün fibroblastlara gen köçürdülər.Beləliklə təcrübə nəticəsində alınan hüceyrə embrional kötük hüceyrə xüsusiyyətlərini qazandı. Açar sözlər:
“Cloning and Stem Cell” jurnalının internet sayesindı verilən məlumata görə mayalanmamış yumurtaya embrional inkişafı başlatmaq üçün müxtəlif təsirlər edilərək onlardan embrional kötük hüceyrə alınması ilə aparılan tədqiqatlar müsbət nəticə verib.Alimlər belə kötük hüceyrələrin donor qadından başqa digər insanlarda da istifadə ediləı biləcəyi qənaətindədir.Lakin bu zaman kötük hüceyrə nəqli ilə yanaşı immun sisitemi zəiflətmək gərərkdir.Üsulun qəribə olduğunu bildirən Harvard Kötük Hüceyrə universitetindən George Daley bununla bərabər bu hüceyrələrin təbii yollarla döllənmiş yumurtalardan əldə edilən kötük hüceyrələr qədər yaxşı olub olmayacağının hələki bilinmədiyini bildirir.Daley kişinin DNTsini olmamağının kötük hüceyrələrin işinə nə dərəcədə təsir edə biləcəyi haqqında dəqiqi fikirn bildirməkdə çətinlik çəkir. Açar sözlər:
Hal hazirda tip diabet xəstəliyinin 2 cür nüalicə üsulu var.1)İnsulin istehsal edən adacıq hüceyrələrinin xəstəyə bir-başa nəqli2)Kötük hüceyrə müalicəsi İnsulin istehsal edən adacıq hüceyrələrinin xəstələrə nəql edilməsi artıq praktikada tedbiq edilən bir üsuldur.Bu üsulun çatışmayan tərəfləri çoxdur.Uyğun donor tapmaq çox çətin işdir.Həmçinin orqanizmə köçürülən adacıq hüceyrələri orqanizmdə yad cism kimi qəbul edilərək məhv edilir.Köçürülən adacıq hüceyrələrini çox cuzi hissəsi təxminən 15%i xəstənin orqanizmində sağ qala bilir.Bunun üçün immun sistemi zəiflədən yüksək dozalı dərmanlardan istifadə edilir.Bu dərmanlar insanın immun sistemini zəiflədərək orqanizmin mikroorqanizmlərə həssaslığını artırır.Bunun üçün kötük hüceyrə müalicəsinə dair çoxlu fikirlər səslənir. Hal-hazırda sümük iliyindəki kötük hüceyrələrinin adacıq hüceyrələrinə çevrilməsinə aid təcrübələr aparılır.Bu təcrübələrin əsas məqsədi xəstəyə öz kötük hüceyrələrindən əldə edilmiş adacıq hüceyrələrini nəql etməkdir.Belə halda donorun tapılması,hüceyrə uyğunsuzluğu problemləri ortaya çıxmır. Həmçinin adacıq hüceyrələri nəql edilmiş xəstələrdə həmin hüceyrələrin immun sistemi tərəfindən yox edilməsinin qarşısını almaqdan ötrü eyni donordan xəstəyə sümük iliyi nəql edilməsinə dair təcrübələr aparılır.Belə halda immun sistemin hüceyrələri adacıq hüceyrələrinə uyğun olaraq dəyişilir,orqanizmdə adacıq hüceyrələrinin rədd edilməsi azalır.Amma hələlik bu tədqiqatlar xəstəliyin müalicəsində insanlarda tədbiq olunmur.Açar sözlər:
Beləliklə, yaşlanma və yaxud erkən menapauza ilə əlaqədər olaraq hamilə qala bilməyən qadınların öz yumurta hüceyrələri ilə hamilə qalması əldə edilir.Kişilərdə də spermatozoid əldə edilə bilmirsə öz orqanizmdəki hər hansı bir hüceyrədən istifadə edərək eyni genetik quruluşa malik spermatozoid əldə edilir.Beləliklə ,bəzi cəmiyyətlərdə etik problemlərə yol açan yumurta hüceyrəsi və spermatozoidin bağışlanması problemləri qismən arada qalxır. 2003-cü ildən başlayaraq aparılan təcrübələr nəticəsində kötük hüceyrələrdən yumurta hüceyrəsi əldə edilir.Oxşar olaraq ,kötük hüceyrələrdən spermatozoidin əldə edilməsinə aid təcrübələr də müsbət nəticələr verib. Günümüzdə ilkin sperm hüceyrələrini laboratoriyada yetişdirilməsi və bunlardan istifadə edərək hamiləliyin alınması praktikada tədbiq edilən bir üsuldur.Bu hüceyrələrdən çox vaxt embrion əldə edilir amma buna baxmayaraq uşağın doğulma ehtimalı çox aşağıdır. Süni mayalandırma edən ailələrin hamiləlik baxımından ən böyük problemlerindən biri də köçürülən embrionun uşaqlıq divarına yapışmamasıdır.Bəzi xəstələrdə isə endometrium tamamen zədələnir (Ascherman Sindromu) və hamiləlik alınmır.Hər iki qrupdakı xəstələr belə olan halda daşıyıcı qadından istifadə edirlər.Kötük hüceyrələrin inkişafı ilə bərabər bu cür problemləri həll edə bilən bəzi alternativ müalicə üsulları da tapılır. ABŞda aparılan bir təcrübədə sümük iliyi kötük hüceyrələrinin endometriumun yenilənməsində rol aldığı göstərilib.Buna görə belə qənaətə gəlirlər ki,endometrium zədələnmələri zamanı bu üsuldan istifadə etmək olar.Xəstənin toxumasına uyğun kötük hüceyrə köçürülməsi ilə embrionların yapışmamasına görə hamilə qala bilməyən qadınlarda hamiləlik əldə edilməsi şansı artacaq.Açar sözlər:
Eşitmə orqanı ətraf mühitlə əlaqənin qurulmasında son dərəcədə vacibdir.Daxili qulaqda yerləşən Korti orqanı eşitmə və dəstək hüceyrələrindən ibarətdir.
Bu orqanda təxminə 15000 -ə yaxın eşitmə hüceyrələri yerləşir.Bu hüceyrələr mexaniki dalğanı elektrik dalğasına çevirir və beleliklə beyinə elektrik siqnalları ötrülür və biz səsi eşidirik.
Daxili qulaqda yerləşən bu hüceyrələr həddindən artıq həssasdırlar və asanlıqla məhv olurlar.Anadangəlmə və sonradan qazanılan eşitmə qüsurları əsasən bu hüceyrələrin məhvi ilə bağlıdır.Eşitmə qüsurları müxtəlif genetik səbəblərdən əmələ gələ bilər.
Anadan gəlmə eşitmə qüsurları 1:1000 nisbətindədir.Sağlam doğulan uşaqların 1:1000ində hələ yetkinlik dövrünə çatmadan əvvəl müxtəlif nisbətlərdə eşitmə qüsurları olur.Bununla bağlı olaraq uşaqlarda nitqdə problemlər əmələ gəlir. Eşitmə hüceyrələri özlərini yeniləmək qabiliyyətinə malik deyil. Hər hansı bir səbəbdən zərər gördükdə çoxalıb özlərini bərpa edə bilmirlər.Günümüzdə aparılan son təcrübələr embrionik kötük hüceyrələrin eşitmə hüceyrəsinə çevrilə bildiyini göstərir.Yaxın zamanlarda müvazinət orqanını əmələ gətirən hüceyrələrin də kötük hüceyrə xüsusiyyəti daşıdığı müəyyən olunub.
Sınaq təcrübələri daxili qulaqdan əldə edilən bu yetişkin kötük hüceyrələrin eşitmə hüceyrələri olaraq istifadə edilə biləcəyini göstərir.Sümük iliyindən alınan yetkin kötük hüceyrələrin daxili qulaqda sinir hüceyrəsi xarakteri qazana bildiyi göstərilir.Belə güman edilir ki,bu kötük hüceyrələrlə eşitmə qüsurlarını müalicə etmək olar.Bütün bu kəşflərə baxmayaraq kötük hüceyrələr eşitmə probləmlərini tam aradan götürə bilmir. Genetik müalicə, dərman müalicəsi, müxtəlif cihazların istifadəsi ilə birgə aparıla biləcək kötük hüceyrə müalicəsi yaxşı nəticələr əldə etməyə imkan verir.Hal-hazırda eşitmə qüsurlarında kötük hüceyrə istifadəsi ilə bağlı təcrübələr sınaq xarakteri daşıyır və hələ ki, insanda tədbiq olunmayıb. Quşlarda eşitmə hüceyrələrinin özlərini yeniləyə bilmələri müəyyən olunandan sonra məməlilərdə də bu xüsusiyyətin qazandırıla bilməsi mövzusunda alimlər bəzi təcrübələr aparmışlar.Yaxın günlərdə Miçiqan üniversitetində alimlər gen müalicəsi yolu ilə tarla siçanlarında yeni eşitmə hüceyrələri əldə etməyi bacarıblar.Bu heyvanlarda Math1 adlı genin nəql edildiyi dəstək hüceyrələr eşitmə hüceyrələrinə çevriliblər. Bu mövzuda təcrübələr davam edir.Nəticələr müsbət olduğu halda eşitmə qüsularında gen müalicəsi tədbiq ediləcək.Açar sözlər:
Təxminən 8 il əvvəl Villerson və əməkdaşları kötük hüceyrələrin ürək əzələsi çatışmazlığında istifadə edilməsinə dair tədqiqatlara başlatmışlar. İlk əvvəl bu tədqiqatlar Heyvanlar üzərində uğurla aparılıb.
Bu təcrübələrdən sonraRio de Janeiroda yerləşən Braziliya Procardioco xəstəxanası ,Federal üniversiteti və ABŞ Hyuston Texas üniversiteti sağlamlıq mərkəzində 21 Braziliyalı xəstəyə kötük hüceyrə köçürülür və nəticə uğurlu alınır.ABŞın qanunları və tibbi etik anlayışlarına görə təcrübə yalnız braziliyalı xəstələr üzərində aparılıb.Lakin,aparılan bu cür müalicənin ürək əzələsində necə bir inkişafa yol açtığı bilinmir. Amerika Ürək Dərnəyinin 2003-cü ildəki görüşündə Granulocyte Colony Stimulating factor (G-CSF) adlı sitokinin infarktdan tez bir zaman sonra tədbiq edilməsi zamanı bu faktorun ürək əzələ hüceyrələrinin çoxalmasını stimullaşdırdığı bildirilmişdir.Həmçinin, 2001-ci ildə almaniyada Düsseldorf Heinrich Heine Üniversitetində aparılan çalışmalar infarktdan sonra aprılan kötük hüceyrə müalicəsində uğurlu nəticələrin əldə edildiyi bildirilib. Artıq ingilis alimləri kötük hüceyrədən istifadə edərək ürək qapaqcıqları əldə edirlər.Sümük iliyində alınan kötük hüceyrələr kollagenden ibarət toxumanın daxilinə yerləşdirən Dr.Magdi Yacoub və komandası 3 sm uzunluğunda ürək qapaqcığı əldə etmişdir.Gözlənilən nəticələr ozünü doğrultsa, bu təcrübənin yaxın 5 il ərzində insanın müalicəsində istifadə edilməsi planlaşdırılır
Açar sözlər:
Bu,yoğun xemoterapeyadan sonra zərər görən qan hüceyrələrini bərpa etmək üçün tədbiq edilir.Sümük iliyi nəqli qan xəstəliklərinin müalicəsində uzun illərdir ki, istifadə olunur.Hal-hazırda yeni üsul olaraq periferik qandan da istifadə olunur.Bu üsulun mahiyyəti insanın öz qanından kötük hüceyrələrin ayrılması və klassik xərçəng müalicəsindən sonra zərər görmüş kötük hüceyrələri əvəz etmək üçün yenidən insana köçürülməsindən ibarətdir. Bu üsul phereziz yaxud apheresis adlandırılır və bu məqsədlə xüsusi cihazlardan istifadə olunur.Apheresis yolu ilə əldə edilən hüceyrələr istifadə olunur yaxud gələcəkdə istifadəsi üçün dondurulub saxlanılır. Bu müalicə üsulu sayəsində xərçəng dərmanları daha yüksək dozada verilir və beləliklə müalicə daha effektli olur. Buna misal olaraq yumurtalıq xərçəngini göstərmək olar.Bir müalicə üsulunda xəstəslərə yüksək dozada "paclitaxel" və "carboplatin" yeridildikdən sonra zərər görən kötük hüceyrələri yeniləmək üçün kötük hüceyrə nəqli aparılır. Bu müalicədən sonra özünə gələn xəstələrə yüksək dozalarda “topotecan" və "etopophos" yeridilir.Bundan sonra xəstələrə təkrar kötük hüceyrə köçürülür.Daha sonra xəstəyə "thiotepa" ilə xemoterapeya tədbiq edilir.Və bundan sonra 3-cü dəfə kötük hüceyrə nəqli aparılır.Müalicə alan xəstədə müalicənin effekti və əks təsirləri gözdən keçirilir. Açar sözlər:
Embrional kötük hüceyrələr 1998-ci ildə TOMSON və əməkdaşları tərəfindən əldə edilib.Günümüzdə insan embrionlarındakı təcrübələr süni mayalanma ilə yaranan embrionlarda aparılır.Embrion potensial canlı olaraq qəbul edildiyindən bu hüceyrələrin tədqiqatda və müalicədə istifadəsi ilə bağlı olaraq etik problemlər ortaya çıxır.Bəzi ölkələrdə tədqiqat üçün istifadəsinə qadağalar qoyulub.Embrional kötük hüceyrələr pluripotent hüceyrələrdir, təxminən 200-ə yaxın hüceyrə tipinə çevrilirlər.Hal-hazırda embrional kötük hüceyrələr klonlaşdırılmış bir embriondan əldə edilir.Belə əldə edilən kötük hüceyrələr xəstənin immun sisteminə uyğunluq göstərir.Embrional kötük hüceyrədən əldə edilən hüceyrə kütləsi emrionid cisimciklər (embryoid bodies) adlanır.Bu cisimciklər endoderma, ektoderma və mezodermadan başlanğıc götürən bütün hüceyrələrə çevrilirlər. Plüropotent embrional kötük hüceyrələrdə OCT-4,SOX2,NANOG kimi transkripsiya faktorlarının vasitəsi ilə differensiasiyaya uğramadan yüksək proliferativ aktivliyi təmin edən 1000-ə yaxın gen ekspressiya olunur.Bu hüceyrələrdə differensiasiya başlandığı dövrdən xüsusi repressorların vasitəsi ilə yuxarıda göstərilən transkripsiya faktorlarının aktivliyi azalmağa başlayır. Hal-hazırda kötük hüceyrələrinin
differensasiyasına nəzarətlə bağlı tədqiqatlar aparılır.Bu məqsədlə müxtəlif böyümə faktorları,sitokinlər, dəstək hüceyrələrindən istifadə edirlər. Embrional kötük hüceyrələrin differensasiya etmədən özünü yenilənməsi üçün mühitdə bir çox faktorların tarazlıqda olması lazımdır.İn-vitro olaraq differensasiyaya nəzarət etmək üçün sitokinlərdən və dəstək hüceyrələrdən istifadə edirlər.İnsan embrional kötük hüceyrələri siçanın embrional fibroblast hüceyrələri və "Leukemia Inhibitory Factor"-LIF olduqda bu xüsusiyyətlərini qoruya bilirlər. Dəstək hüceyrələri və LİF mühitdən uzaqlaşdırılan zaman hüceyrələrin kütlə halına düşməsi baş verir və daha sonra embrionid cisimin əmələ gəlməsi gözlənilir.Açar sözlər:
.Bu hüceyrələrin bir cox üstün xüsusiyyətləri var: 1)Yetikin kötük hüceyrələrinin istifadəsi etik tərəfdən problemlər yaratmır.
2)Bu hüceyrələr insanın immun sisteminə uyğunluq göstərirlər.Kötük hüceyrələr göbək ciyəsindən əldə edilə bilər.
Ciyə qanı vacib kötük hüceyrə qaynağıdır və bu məqsədlə 1988-ci ildən
bu yana istifadə edilir.Ciyə qanı kötük hüceyrə qaynağıolaraq sümük iliyinə nisbətən daha güclü mənbədir.Özündə daha çox kötük hüceyrə toplayır və əldə edilməsi daha asandır.Bütün bu üstünlüklərinə görə ciyə qanının toplanması və müalicədə istifadəsi bütün dünyada geniş olaraq yayılmışdır.
1988-ci ildən bu yana müxtəlif xəstəlikli 2500 xəstədə istifadə edilmişdir.Az miqdarda kötük hüceyrəyə sahib olması səbəbindən yetkin insanlarda uşaqlara nisbətən daha az istifadə olunub.İstifadə olunan xəstələrin əsas hissəsi 20 kq ağırlığında uşaqlardır.Yetkin insanlarda isə günümüzə qədər 500dən çox xəstədə istifadə edilib. Yetkin insanın orqanizmində də kötük hüceyrə qaynağı mövcuddur.Bu hüceyrələr vücudda az miqdarda olduğu üçün alınıb saflaşdırılması problemlər yaradır.Orqanizmdən xaricdə embrional kötük hüceyrələr qədər çoxalma imkanı yoxdur.Sümük iliyində mövcud olan kötük hüceyrələr yetişkin kötük hüceyrələr üçün ən yaxşı nümunədir.Yetkin insanda hər gün 200 milyona yaxın qırmızı qan hüceyrəsi bu ana hüceyrələrin differensasiyası ilə əmələ gəlir.Sümük iliyi kötük hüceyrələri təxminən 30 ildən uzun bir müddətdir ki,qan xəstəliklərinin müalicəsində istifadə olunur. Yetkin kötük hüceyrələr təkcə sümük iliyində deyil,başda piy toxuması olmaqla bir çox toxumalarda mövcuddur.Yağ toxumasından əldə edilən kötük hüceyrələr sümük iliyindən əldə edilən kötük hüceyrələr kimi müxtəlif toxumalara differensasiya etmək qabiliyyətinə malikdir.Piy toxumasından sümük iliyinə nisbətən daha çox kötük hüceyrə əldə etmək mümükündür.Günümüzə qədər bu hüceyrələri sadəcə kiçik bir qrup hüceyrələrə çevrildiyi düşünülürdü.Ancaq hal-hazırda müəyyən olunub ki, bu hüceyrələr bir çox hüceyrələrə differensasiya edə bilir.Misal üçün sümük iliyi hüceyrələri qaraciyər, əzələ,sinir hüceyrələrinə çevrilə bilir.Hətta günümüzdə bir yetişkin kötük hüceyrənin dəyişərək pluripotent xüsusiyyət daşıyan bir kötük hüceyrəyə çevrildiyi haqqında məlumatlar var.Bu xüsüsiyyət TRANSDİFFERENSİASİYA adlanır.Bu hüceyrələrin fərqli toxuma tiplərinə çevrilə bilmələri üçün və orqanizm xaricində daha uzun müddət yaşamasını əldə etmək üçün hal-hazırda ciddi tədqiqatlar davam etdirilir. Burun bosluğundan əldə edilən kötük hüceyrələrin embrional kötük hüceyrələr kimi yüksək differensasiya qabiliyyəti olduğu göstərilir.Bu hüceyrələr embrional kötük hüceyrələrə görə daha asan əldə edildiyindən çox mühüm kötük hüceyrə qaynağı olaraq dəyərləndirilir.Açar sözlər:
Kötük hüceyrələr potensial imkanlarına görə fərqli təsnif olunurlar.Bu təsnifat D.Ziporinin(2005) tərtib etdiyi sxemdə öz əksini tapmışdır.
Totiopotetnlik ancaq mayalanma nəticəsində formalaşan ziqotaya və onun bölünməsi nəticəsində yaranan ilk blastomerlərə xasdır.Bu hüceyrələrdən embrionla yanaşı, amnion qişası,göbək ciyəsi,cift əmələ gəlir. Mayalanmadan sonra yaranan tək hüceyrə (ziqot) bütün orqanizmi əmələ gətirə biləcək genetik məlumata və gücə sahibdir.Mayalanmadan 4-5 gün sonra əmələ gələn hüceyrələr eyni gücə malikdir və onların hər biri ana bətnində yeni bir orqanizmə başlanğıc verə bilir.Ana bətnində hər hansı səbəbdən bu hüceyrələr bir-birindən ayrılsa,onların hər biri yeni orqanizmə başlanğıc verəcək.Genetik kodları eyni olan belə orqanizmlər eyni yumurta əkizləridir. Beşinci gündən yəni 2-3 bölünmədən sonra əmələ gələn hüceyrələr blastosisti formalaşdırırlar.Blastosistin daxili hüceyrə kütləsinin hüceyrələri orqanizmdəki bütün hüceyrələrə dönüşə bilərlər amma tək başına orqanizmi əmələ gətirmək gücünə sahib deyillər.Yəni mayalanmadan 6-7 gün sonra əmələ gələn hüceyrəni götürüb ana bətnində yerləşdirsən,ondan yeni orqanizm meydana gəlməyəcək.Bu hüceyrələr 200-ə yaxın hüceyrə tipinə çevrilə bilir.Amma bunlar yeni orqanizm meydana gətirmirlər.Ona görə bunlara pluripotent hüceyrələr deyilir.Pluripotent hüceyrələrə həmçinin epiblastların hüceyrələri,teratoma hüceyrələri,ilkin cinsi hüceyrələr aid edilir.Plüripotent hüceyrələr arasında tibbi baxımdan xüsusi əhəmiyyət kəsb edəni embrional kötük hüceyrələrdir(hESCs).
Heyvanlarda ilk dəfə 1981-ci ildə əldə edilən bu cür kötük hüceyrələr təxminən 15 il sonra insanlardan da əldə edildi.1998-ci ildə J.A.Tomson və əməkdaşları embrionl kötük hüceyrələri ilk dəfə insanın blastosistindən ayırmağa nail olmuşlar.
Müxtəlif hüceyrə tiplərinə dönüşə bilmə potensialına malik kötük hüceyrələrə nəzarət edildikdə laboratoriya şəraitində istənilən hüceyrə tiplərinə çevrilə bilir.Beləliklə,orqanizmdə azalan,xəstələnən,ölən hüceyrələri və ya orqanları bərpa etmək üçün laboratoriyada kötük hüceyrələrdən yeni hüceyrələr,hətta yenibir orqan əldə edilə bilir.Amma bunu bilmək üçün hüceyrənin genetik kodunu və ona nəzarət mexanizmlərini dərindən bilmək lazımdır.Hüceyrənin bölünmə imkanını,ömrünü müəyyən edən faktorlardan biri xromosomun ucunda yerləşən telomer adlanan DNT zənciridir.Telomerlər xromosomların
tamlığının təmin olunmasında və onların replikasiyasında mühüm rol oynayırlar. Telomerlər nə qədər uzun olarsa hüceyrənin bölünmə imkanları da bir o qədər yüksək olur. Bu zəncirlərin uzun qalması isə telomeraza fermenti ilə həyata keçirilir.Kötük hüceyrələrdə çox aktiv telomeraza fəaliyyəti və bununla bağlı olaraq uzun telomer zəncirləri var.Buna görə də kötük hüceyrələr çox uzun müddət bölünmək imkanına malikdir. Bu fermentin aktivliyi insanda ancaq qametlərdə və bağırsaq divarını örtən epitel hüceyrələrində ən yüksək olur.Yerdə qalan hüceyrə tiplərində proliferasiya yüksək olmadığı üçün onlarda telomeraza aktivliyi aşağıdır.Bununla birlikdə bədxassəli şiş hüceyrələrində telomeraza ən yüksək aktivliyə malik olur,ona görə də hal-hazırda bədxassəli şişlərin inkişafına təsir etmə yollarından biri telomeraza fermentinin aktivliyini azaldan maddələrin tapılması istiqamətində tədqiqatlar aparılır.Embrionun inkişafının daha sonrakı mərhələlərində hüceyrələr ixtisaslaşır və yetkin kötük hüceyrələrinə çevrilirlər.Yetkin kötük hüceyrə ikidən artıq differensasiya etmiş hüceyrəyə başlanğıc verərsə,ona multipotent hüceyrə deyilir. Belə kötük hüceyrələr müəyyən hüceyrə tiplərinə çevrilə bilirlər. Misal üçün qanın kötük hüceyrəsi qırmızı sümük iliyində olur və bunlar ağ qan hüceyrələrinə,trombositlərə,eritrositlərə çevrilə bilir. Lakin son təcrübələr göstərir ki,bu hüceyrələr laboratoriya şəraitində müxtəlif siqnalların təsiri ilə digər hüceyrə tiplərinə dönüşə bilər.Belə ki, normal vəziyyətdə ancaq qan hüceyrələrinə dönüşə bilən qanın kötük hüceyrələri müxtəlif siqnalların təsiri ilə sinir hüceyrəsinə,kardiomiositlərə,hepatositlərə də çevrilə bilər.
Açar sözlər:
Səmədov Həsən
Toxumaların müxtəlif hissələrinin adi mikrotom kəsiklərində müxtəlif ölçülü boşluqlar aşkar olunur ki, bu da həmin kəsiklərin və preparatların hazırlanma metodunun catışmayan cəhəti hesab olunur. Toxumaların preparatlarını hazırladıqda spirtin təsiri ilə toxumalar dehidratasiyaya uğradiğı üçün həmin toxumanın quruluş elementlərinin ölçüsü kiçilir. Nəticədə onlar arasında sahələr-boşluqlar yaranır. Belə şatışmamazlıqlar sinir sistemi preparatlarının hazırlanmasında da rast gəldiyi üçün bizdə yanlış olaraq bu sahələtin artefakt olması təsəvvürünü yaradır.Beyin toxumasının spirtsiz üsulla hazırlanmiş kəsiklərində həmin sahələrin aşkar olunması onların artefakt olmamsını təstiq edir. Araşdırmadan aydın olmuşdur ki bu normal beyin qişasında olan xususi boşluqlar-borular sistemidir. Bu boşluqların quruluşunu, topoqrafiyasıni, divarınin qurluşunu və onların digər elementlərlə əlaqəsini öyrənmək üçün traxiskop üsuldan isrifadə edilmışdir. Bu üsulun köməyi ilə beyin yarımkürələrində güclü inkşaf etmiş kanallar şəbəkəsi aşkar olunmuşdur ki, bu da subaraxnoidal boşluqdan başlayıb yumuşaq qışanın müxtəlif səviyyələrinə qədər çata bilir. Buradan aydın olur ki, beynin yumuşaq qişasının subaraxinoidal hissəsi eynicinsli deyildir. Bu kanallar Likvordaşıyan kanallar şəbəkəsidir. Amma hal-hazirki ədəbiyyətlərda Likvordaşıyan kanalların varlığı qeyd olunmur.Likvordaşıyan kanallar beyin əsasının sisternalarından başlayır və özünü vahid, güclü inkşaf etmiş, formalaşmış divarı olan borular şəbəkəsi kimi göstərir. Likvordaşıyan kanalların daxilindən subaraxnoidal boşluğun arteriyası keçir.
Başlanğıc yerində Likvordaşıyan kanalların ölçüsu 4-5mm-ə çatir. Buradan onlar şırımların dərinliyinə qədər gedir və ölçüsü 20mkm-ə qədər kiçilir.

Aldığımız kəsiklər və digər məlumatlara əsasən biz 3D kompyuter qrafikasının köməyi ilə bu kanalin modelini düzəltdik.Şəkil_2 
Arteriyanın diametri ilə kanalın diametri arasında paralellik yoxdur. Amma bir qayda olaraq kanalın diametri arteriyanın diametrindən böyük olur. Arteriyanın şaxə verən yerlərində bu nisbət daha dəyişkən olur.
Arteriya kanal daxilində müxtəlif vəziyyətlərdə ola bilər: Sentral, Ekssentral, Kanalın davarına yapışmış şəkildə və s.Arteriyalarin kanal daxilində olması və onların BOB mayesi (Likvor) ilə əhatə olunması onların divarını bu şərəitə uyğunlaşmasına gətirib çıxarır. Damarlar kanal daxilində sanki asilmiş vəziyyətdə olur. Bu kollagen liflərdən təşkil olunan “tellər” vasitəsi ilə həyata keçir.Şəkil_2Beyinin yumuşaq qişasında arteriovenoz anestamozlara da rast gəlinir.Bizim hazırladığımız preparatlarda cox aydinliqla arteriyaların kanalın daxilində yerəşməsi və kanalin diametrnin daha böyük olması seçilir. Baş beyinin müxtəlif hissələrindən aldiğımız kəsıklərdən asanliqla seçmək olar ki, bu kanallar hətta neyronların cisimlərının ətrafına qədər gedib çıxa bilir.Bunun daha dəqiq etmək üçün biz çəkdiyimiz şəkilləri kompyuterin köməyi ilə neqativə çevirdik. Neqativdə alınmiş kölgəliklər bunu bir daha subut etdi.Şəkil_3

Açar sözlər:
Bu söz hər bir canlının keçmiş zamanlardan bəri ölərək yenidən başqa vəziyyətdə,başqa bir dünyada həyata qayıtmasını ifadə edir.Bizim hər birimizin keçmiş və gələcək həyatı var,hal-hazırda isə bu həyatın qısa bir hissəsini yaşamaqdayıq. Yüz illər əvvəl kiməsə çox uzun gələ bilər,amma ona hissə-hissə yanaşdıqda bu elə də böyük bir zaman olmadığı görsənir Ola bilərmi ki,bizim həyatımız ipə düzülmüş muncuqlara bənzərdir,və bu muncuqların hər biri bir doğuluşumuzdan ölümümüzə qədər olan həyat deməkdir?Bu mümkündürmü?Ölümdən sonra bizim ruhumuz tamamilə itir,bəs bizim beynimizdəki məlumatlar?Hər yeni həyatımızda sıfırdan başlanılır?Bütün bu və digər suallar neçə illərdir insanları maraqlandırır və indiyə kimi də tam əsaslı bir faktlarla cavab tapılmamışdır. Bu suallar ilk növbədə dini maraqlandırır və ruhun başqa bir canlının bədənində qayıtmasına dində bəli olur deyənlər çoxdu.Hətta milyonlarla induslar inanırlar ki,insan öldükdən sonra yenidən dünyaya gəlir və onlar əminliklə deyirdilər ki,insan ruhu hətta heyvan və ya həşərat bədəninə də keçə bilər.Bu isə onun necə həyat sürməyinə görə dəyərləndirilir. Bu sualı dinlə bərabər psixologiya elmi də araşdırır.Bizim yaddaşımızda yaşadığımız o sapa düzülmüş həyatımızdan hansısa bir xatirə,iz qalıbmı?Bu suala da elm “bəli” cavabını verir.Bu haqda çox araşdırmalar aparmış Cozef Kempbell demişdir:-Reinkarasiya sizin düşündüyünüzdən daha geniş və dərin məhfum olduğunuzu göstərir.Sizin varlığınızın məlum olmayan dərinlikləri vardır,hansılar ki, sizin şüurunuzun fikirləş-diyinizdən daha geniş imkanlara malik olduğunu sübut edir.Həyat düşündüyümüzdən daha dərin və geniş məhfumdur.Sizin bu həyatınız sizə verilən həyatın çox cuzi bir hissəsidir.Və bir gün siz onu anlaya bilsəniz ,o zaman özünüzdə bilmədən bütün dini bilikləri dərk etmiş olacaqsınız.
Açar sözlər:
Bu hipnozun bir növüdür.Reqressiv terapiya zamanı insan adi halda xatırlamadığı hadisələri yadına salır.Və bu zaman o hətta lap uzaq keçmişə də nəzər sala və orda baş verən hadisələri dəqiqliklə deyə bilir.Reqressiv terapiya vasitəsilə insanın keçmişdə yaşadıqları araşdırılır ki,bu da həmin insanın indiki zamanda hal-hazırda mövcud olan bir çox ruhi xəstəliklərinin və ya hər hansı qorxu hisslərinin mənbəyinin araşdırılmasına şərait yaradır. Hipnoz yuxusu adi yuxulardan fərqlənir.İnsan hipnozda olarkən yarıyuxulu və yarıoyaq vəziyyətdə olur, hansı ki, bu halda insanın beyni çox fərqli düşünmə qabiliyyəti əldə edir. Məşhur alim Tomas Edisson öz-özünü hipnoz etməklə o zamanlar heç bir aydınlıq gətirə bilmədiyi hadisə ilə qarşılaşmışdır.O, öz kabinetinə tək qapanaraq özünü yarıyuxulu vəziyyətə gətirirdi və bu halda izah edə bilmədiyi hadisələrin şahidi olurdu.Edisson normal yuxuya getməmək üçün hər bir əlində metal kürə saxlayırdı,yuxuya getmək üzrə olduqda kürələr əlindən düşürdü və səs yarandığı üçün yuxudan oyanırdı.Adi yuxugörmədən fərqli olaraq o hipnoz yuxusunda düşündürücü səhnələrin,holisinasiyanın (holisinasiya-qeybdən gələn səs) şahidi olurdu.Adi yuxugörmədə insan öz yuxusunda iştirakçı kimi olur,amma reqressiyada sanki kənardan müşahidəçi rolunda olur.Bu vəziyyət normal insanlarda yuxuya getmə ərəfəsində və ya hipnoz yuxusunda olduqda baş verir. Hipnozun bu növündən istifadə etdikdə xəstələrdə hətta müəyyən dəyişiklər də nəzərə çarpır.Ən möcüzəli hallarda isə səsin,danışığın dəyişilməsi, bədənində, xarici görünüşündə keçmiş həyatına uyğun müəyyən dəyişikliklərin əmələ gəlməsi baş verir.Məsələn, eksperiment zamanı xəstə özünü indiki halından cavan görürsə onun üzündə qırışların müəyyən dərəcədə itməsi və ya özünü başqa bir ölkənin vətəndaşı kimi görürsə həmin ölkənin dilində danışması və s. bu kimi hadisələr ola bilir.Fiziki dəyişiklərin daha qabarıq formaları kimi hipnoz altında olan xəstənin bədənində keçmiş həyatında əziyyət çəkdiyi xəstəliyin simptomları əmələ gələ bilər.Eksperiment zamanı hətta keçmiş həyatında özünü asmış bir britaniyali xəstədə boynunda kəndirin izi görsənmişdir.Müharibə zamanı döyüşdə həlak olan bir insanda isə hipnoz zamanı bədənində göyərmələr müşahidə olunmuşdur. 1983-cü ildə Avstraliya televiziyası bu mövzuda bir veriliş təşkil etmişdi.Adi əhali arasından 4 evdar qadın seçilmiş və onların hər birisi üzərində reqressiv terapiya aparılmışdır.Bu qadınlar Piter Rouzerin hipnozu altında öz uzaq keçmişlərinə nəzər saldılar.Bu qadınlardan biri də Sintiya Henderson idi.O öz keçmiş həyatında özünü fransız aristokratı kimi gördü.Hipnoz müddətində Sintiya hətta danışığında da elə ifadələr işlətdi ki, o kəlmələr neçə əsr əvvəllər Fransada işlədilmiş və hal-hazırda artıq köhnəlmiş sayılan sözlərə aiddir.O,öz yaşadığı qəsrin Fler kəndi yaxınlığında yerləşdiyini irəli sürdü.Maraqlı tərəfi də o idi ki,bu qadın heç vaxt Avropada olmamışdı,amma buna baxmayaraq çəkiliş qrupunu çox asanlıqla qəsrin qalıqları qalan yerə apara bildi. Digər qadın-Helen Pikerinq hipnoz altında olarkən özünün Ceyms Boris olduğunu xatırladı.Hansi ki, 1802-ci ildə Şotlandiyanın Dunbar şəhərində yaşamışdır.Araşdırmalar əsasında müəyyən olundu ki, həqiqətən də belə bir insan yaşamışdır.Öz sübutlarında Pikerinq hətta həmin şəxsin oxuduğu kollecin planını da çəkir.Bu kollecdə həqiqətən də elə bir insan oxumuşdu və kollecin planı qismən də olsa indiki vəziyyəti ilə üst-üstə düşürdü.Adi bir avstraliyalı evdar qadının 19cu əsrdə yaşamış şotlandiyalı bir şəxsin həyatını öyrənməsi o qədər də həqiqətə uyğun olmadığından burda reinkarnasiyanın mövcudluğu fikri ortaya çıxır.
Açar sözlər:
Könüllü ölüm...
Xett çarı Menon ölümü nemət, Aristofen yeraltı aləmin hökmdarı Aidin cəzası, Axilles isə qəflətən gələn qonaq sayardı.
Yunanlar ölünü son mənzilə yola salmazdan əvvəl gözlərini qapayar, sonra da qapanmış gözlərin üstünə mis sikkə qoyardılar.
İndi isə insan öləndə çox zaman dünyanın o birisinə hər şeyi görərək gedir.
Ağrını, əzabı, dözülməz sancıları.
Öz vücudundakı ağrıları. Sonadək. Dözə bilinməyədək. Əzabla.
Dünyada sadəcə, üç yerdə insanların həyatı könüllü tərk etməsinə icazə verilir.
Birinci məkan Fələstindir. Burada könüllü ölməyin çox sadə və çeşidli yolları var ki, hamısına da "sionist işğalçılarına qarşı şəhadət" deyilir: şəhid gedəsi adam ölümü könüllü seçir, sonra da israillilərə maksimum ziyan vurmaq üçün özünü partladır.
İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölümü seçmələri qanunla rəsmiləşdirilib.
Yçücü və sonuncu məkan ABŞ-ın Oreqon ştatıdır. Oreqonda 1997-ci ildən bəri qüvvəyə minmiş yerli qanuna görə, kbönüllü ölüm proseduru yolverilən əməldir. Birləşmiş ştatların heç bir başqa yerində belə qanun yoxdur.
Evtanaziya.
1999-cu ildə "Doktor Ölüm" ləqəbli erməni əsilli amerikan Con Gevorkyan ağır xəstələri öz razılıqları ilə ölümə yolladığı üçün Miçiqanda ömürlük həbs cəzasına məhkum edilmişdi.
2001-ci ildə isə Avropada ilk dəfə olaraq Hollandiyada evtanaziya rəsmiləşdirildi.
Bu fani Yer planetində elə adam tapılmaz ki, ölüm mövzusuna bigarə qalsın. Gec, ya tez - hamı nə zamansa bu haqda düşünür.
İnsan dəqiq olaraq yalnız iki nəsnəni bilir: bir dəfə dünyaya gəlib, birgün də dünyadan köçəcək.
Və insanı həmişə iki nəsnə hər şeydən artıq narahat edir: necə gənc qalmalı və ölümdən nə yolla yaxan qurtarmalı.
Cavab yoxdur.
Halbuki bəşər tarixi bütünlüklə bu problemlərin çözüm yolunun axtarışıdır.
Fəqət, evtanaziya, ağır xəstə olan insanların həyatdan könüllü getmələri bəşəriyyətin etik dəyərlərini alt-üst edə bilər.
Təsadüfi deyil ki, bütün səmavi dinlər həyat prosesinin süni şəkildə qırılmasına çox pis baxır, bunu özündən müştəbehləşmiş insanın Təbiətin ali mənasına təcavüzü sayırlar.
Reallıqsa budur ki, evtanaziya və təbabət həmyaşıd, ekiz qardaşdır.
Bunu görməmək, görməməzliyə vurmaq axmaqlıq və ikiüzlülükdür.
Əvvəllər həkimlər xəstənin çıxılmaz və müalicəsiz durumunda geri çəkilir, yerlərini kahinə, keşişə, rebeyə və ya mollaya verirdilər.
İndisə həb verər, inyeksiya vurarlar.
Ya da vurmazlar.
Qoy həkimlər rəsmən etiraf etməsinlər. Amma onkoloжi xəstəxanalarda onlar ağır, müalicəsinə heç bir ümid qalmamış xəstələrin həyatdan gedişlərini bu və diжər formada asanlaşdırırlar.
Çünki bu zaman xəstənin ağrıları dözülməz, müalicə isə ümidsizdir.
Onkoloqların dediklərinə görə, xərçəng xəstələrinin 90 faizi xəstəliyin son mərhələsində həkimlərə yalvarır, "əzablarıma son qoyun, dözə bilmirəm" deyirlər.
Reallıqdır.
Gerçəklikdəki işi hüquqiləşdirmək, rəsmiləşdirmək isə ayrı məsələdir. Bunun üçünsə ölümü leqallaşdırmaq, həyat səviyyəsi və tibbi xidmət səviyyəsini çox yüksək həddə qaldırmaq gərəkdir.
Elə həmin səbəbdən də evtanaziyaproblemi yalnız əhalinin yüksək sosial təminata malik olduğu ölkələrdə müzakirə edilir.
Qeyri ölkələrdə isə bu məqam "layiqli ölüm", "letal təbabət" adlanır.
Hərgah Azərbaycanda evtanaziya olardısa, könüllü ölümün prosedurları necə olardı?
Hollandiyada evtanaziya proseduru o qədər mürəkkəbdir ki, həyatla ivdalaşmaq istəyən xəstələrin əksəriyyəti bu fikirdən imtina edir.
Nədən ki, xəstə uzun illər boyu dözülməz ağrılar çəkməlidir. O, həyatından bezdiyini, ölmək istədiyini şifahi və yazılı formada bir neçə dəfə təsdiqləməlidir.
Adam xəstəliyi haqqında mümkün olan bütün məlumatları almalıdır.
Həkimlər xəstənin ömrünə ən uzağı 6 ay qaldığını dəqiqləşdirməli və insanın həyatdan gediş aktını sırf tibbi yolla reallaşdırmalı.
Ən son anadək xəstə fikrini dəyişə bilər. Həyatındakı son dərmanı isə o, könüllü, həkimlər və ya qohumlarının yardımı olmadan qəbul etməlidir.
Bir həkim yox, bütöv bir konsilium tərəfindən imzalanan sənədlərdə isə xəstənin intiharından yox, "müalicəsi mümkünsüz xəstəlikdən ölüm"dən bəhs olunur.
Fəqət, Azərbaycanda evtanaziyanın tətbiqinə hələ çox var.
Çünki şərəfli ölüm üçün şərəfli yaşam şərtləri olmalı...
Həsən AĞACANhttp://www.express.com.az/second.asp?id=26380
Açar sözlər:

İntihar etmək haram olduğu kimi bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır.
Bir insan xəstəlik və ağır yaralanma kimi bir səbəbə görə can üstə olduğu vaxt özündən əvvəl can verən şəxsin mirasçısı olur. Müsəlman olmayan bir insan ölüm ona gəlib çatmamış müsəlmanlığı qəbul edirsə, müsəlman olur. Günahkar bir insan ölüm ayağında tövbə etsə, tövbəsi qəbul olunur. Bu insanın haqq-hüququ tamamilə davam edir. Başqa sözlə, xəstə bir insanı bu cür öldürən adam edam cəzasına məhkum edilir.
http://muselmanlar.com/haber_detay.php?haber_id=101
Açar sözlər:
Ingilis alimlərinin apardığı tədqiqat nəticəsində müəyyən olunub ki , hamiləlikdə stress doğulacaq uşağın zəkasına mənfi təsir göstərir.Stress hamiləliyin 17-ci həftəsindən etibarən dölə təsir edir.Ana bətnində stressə məruz qalan körpələrin davranışında da pozğunluqlara rast gəlinir. Alimlər ananın yaşadığı stressin hansı mexanizmlə körpəyə ötürüldüyünü hələ tam dəqiqləşdirməyiblər. Açar sözlər:
1952-Çömçəquyruq klonlaşdırılan ilk canlı olaraq tarixə keçdi.
1975-John Gordon nüvə transferi üsulu ilə ixtisaslaşmış hüceyrələri istifadə edərək qurbağa klonlaşdırmağı bacardı.
1983-James McGrath və Davor Solter adlı tədqiqatçılar nüvə transferi üsulunu məməlilərdə istifadə etdilər.
1986-Embrion hüceyrələrindən ilk məməli heyvanlar,qoyun və inək klonlaşdırıldı.
1993-Kultura mühitində böyüdülən embriondan inək klonlaşdırıldı.
1997-Edinburgdaki Roslin insitutindan tədqiqatçılar yetişkin hüceyrədən klonlaşdırılan ilk məməli canlının -DOLLYnin dünyaya geldiyini açıqladılar.
1998 Avqust – Yeni Zellandiyada tədqiqatçılar az tapılan xüsusi cins inəyi klonlaşdırmayı bacardılar.
1998 Noyabr-ABŞdakı Biotech şirkəti inəkdən alınmış yumurta hüceyrəsini istifadə edərək insan hüceyrələrini klonlaşdırdılar.Lakin alimlər embrionun 14 hüceyrəli mərhələni keçməsinə icazə vermədilər.
1998 Dekabr-Yapon alimləri yetişkin bir inəkdən 8 klonlaşmış buzov almışdılar.Alimlər bu təcrübəni 80faiz uğurla həyata keçirmişlər.
1999Yanvar- Oregondan tədqiqatçılar meymun klonlaşdırma tecrübələrində ardıcıl olaraq uğursuzluqla üzləşdi.Onlara görə bu vəziyyət insan klonlaşdırılması təcrübələrinin də uğursuzluqla nəticələnməsini göstərirdi.
1999 May –Alimlər Dollynin bioloji yaşının klonlaşmış olduğu 6 yaşlı qoyunun yaşı ilə eyni olduğunu açıqladılar.
2000 Yanvar – Oregondakı alimlər klonlaşmış bir meymunun dünyaya gəldiğini bildirdilər.Tetra adlı meymun Dollydekindən fərqli üsulla klonlaşdırılıb.Alimlər bir embrionu (8 hüceyrəlik mərhələyə gəldikdə) 4 yerə bölmüşlər və yeni embrionlar almışlar. Bunlardan yalnız biri inkişafını davam etdirmişdir.
2000 Mart_ Dollynin yaradıcıları klonlaşmış 5 donuzun dünyaya gəldiğini bildirdilər.onların ehmitamlına görə ələcəkdə belə donzulardan insanda orqan neqlində istfadə ediləbiləcək.
2001 Noyabr-ACTdən kötük hüceyrə teknologiyası üzərində işləyan alimlər insan klonlaşdırmağı bacardıqlarını açıqladılar.Amma bu embrionlardan heç biri 6 hüceyrəlik mərhələdən sonra inkişaf etməmişdi.Bu təcrübə insan embrionlarından kötük hüceyrə əldə edilməsi üçün atılmış yeni bir addım idi.Tədqiqatçıların klonlaşdırılmış bir embrionu əldə etmək üçün istifadə etdikləri üsullardan biri də somatik hüceyrə nüvə transferi üsulu idi. Tədqiqatçıların istifadə etdiyi ikinci üsul isə partogenez idi.Ancaq alınan embrionlardan heç birindən kötük hüceyrə əldə etmək mümkün olmaşdı.Çünki bunun üçün klonlaşdırılmış embrionlar 100-150 hüceyrəlik blastosist mərhələsini keçməli idilər.ATCnin embrionları isə bu mərhələdən daha öncə inkişaflarını dayandırmışlar.Alimlərin nəticələri yayması klonlaşdırma ilə bağlı etik mübahisələrə yol açdı.
2001 Mart –ABŞdan mütəxəssis Panayiotis Zavoz və bir qrup alimlər həyata keçirəcəkləri insan klonlaşdırılması təcrübəsinə qoşulmaq üçün yüzlərcə insanın baş vurduğunu elan etdilər.2003-cü ildə uşaq sahibi ola bilməyən ailələrə klonlaşdırma üsulu ilə kömək etməyə başlayacaqlarını bildirdilər.
2002 Fevral – Ev heyvanlarının klonlaşdırılmasında ilk addım atıldı.Texasdan alimlər ev pişiyinin klonlaşdırılmış olduğunu açıqladılar.”COPY CAT” olaraq adlandırılan bala genetik anasının əkizi idi.Hamiləyiliyin müddətinə bağlı olaraq tüklərinin rəngi anasınkından fərqli idi.
2002 Dekabr-Clonaid sirkəti ilk insan klonunun EVE (Həvva) adlı uşağın dünyaya gəldiyini açıqladılar.Amma şirkət bu iddianı təsdiqləyəcək sübutlar göstərə bilmədi.
2003 Fevral- Dolly öldü.
Açar sözlər:
Somatik hüceyrə nüvəsi transferi üsulunda ilkin yetişkin bir məməmlinin somatik hüceyrəsi alınır.Kultura mühitində hüceyrə G0 mərhələsində dayandırılır.Bunun üçün hüceyrənin qidalanma mühiti zəiflədilir inkişafı dayandırılır.Daha sonra bu hüceyrənin DNTsi çıxarlır.sonra eyni növdən olan dişinin da yumurta hüceyrəsinin Dntsi çıxarılır.Bədən hüceyrəsindən əldə edilən DNT yumurta hüceyrəsinə köçürülür.Əmələ gələn hüceyrədə donorun DNTsi olur.Beləliklə donor hüceyrədən alınan nüvənin yaşaması əldə edilir.Yeni hüceyrə normal inkişafa başlayır.Əmələ gələn embrion yetişkin bir dişinin balalığına köçürülür və hamiləlik dövrü başladılır.Klonlanan canlı nomal doğumla dünyaya gəlir.Doğulan canlı somatik hüceyrənin alındığı canlının genetik xüsusiyyətlərini daşıyır.
Açar sözlər:
1997-ci ildə İngiltərədəki Roslin Universitetindən Lan Wilmut və əməkdaşları klonlaşmış bir qoyunun dünyaya göz açdığını açıqladılar.Onlar bu qoyunu DOLLY olaraq adlandırdılar.Bundan sonra laboratoriyalarda müxtəlif canlılar- inək siçan meymun klonlaşdırıldı.Əslində heyvanların klonlaması dolly ilə başlamadı.Hələ 1950-Ildə alimlər çömcəquyruqların klonlaşdırıla biləcəyini söyləmişdilər.1970-ci ildə JOHN GURDON adlı tədqiqatçı yetişkin bir qurbağanın dəri hüceyrəsindən aldığı nüvəni bir başqa qurbağadan aldığı nüvəsi yox edilmiş mayalanmamış yumurta hüceyrəsinə köçürür.Bu yumurta hüceyrəsinin inkişafı nəticəsində əmələ gələn çömçəquyruq nüvəsi alınmış qurbağanın genetik xüsusiyyətlərini daşıyıb.Amma alınmış çömçəquyruqlar inkişaf etməyərək məhv olublar.Ancaq istifadə etdiyi üsul gələcəkdə bir çox təcrübələr üçün əsas oldu.Gurdonun üsulunun məməli heyvanlarda işə yaraya biləcəyi dollyye qədər isbat olunmadı.Sadəcə olaraq 1970-ci illərdə alimlər siçan inək və qoyun kimi bəzi məməlilərin embrionlarını klonlaşdırabilirdilər.Bu təcrübələrdə embrionlar eyni parçalara ayrıldı və eyni yumurta əkizləri əmələ gəldi.Bu embrionlar bir sperm tərəfindən mayalanmış bir yumurta hüceyrəsi tərəfindən əmələ gəldiyi üçün həm ananın həm də atanın genetik xüsusiyyətini daşıyırdı. Açar sözlər:
Harvard və Oxford universitetlərinin əməkdaşlığı ilə aparılan tədqiqatlar nəticəsində insanlarda boyu müəyyən edən gen aşkar edilib.35 min insanın DNTsini nəzərdən keçirən alimlər bəzi insanların digərlərindən daha uzun olmasının səbəbini genetik şifrələrdə olan dəyişiklikdə görürlər.Tədqiqata görə boyu müəyyən eden “HMGA2” adlı genin şifrəsində T(timin) əvəzinə C (sitozin) olan bir insanın boyu digərlərindən yarım santimetr uzun olur. “Nature Genetics” jurnalında yayılan xəbərdə tədqiqatçı Joel Hirshhorn,”uzunluq cox qarışıq xüsusiyyətdir,genetik və genetik olmayan faktorlardan aslıdır.Həmçinin bu tədqiqatın diabet, xərçəng və insan xəstəliklərinə də faydalı olacağını düşünürük” deyə öz fikrini bildirib. Tədqiqatlar nəticəsində müəyyən olunub ki ,“HMGA2” geni şişin əmələ gəlməsinə təsir edir.Belə ki,uzun boylu insanlarda xərçəng olma ehtimalı daha yüksəkdir.
Açar sözlər:

