Reklam verin!
HostGator
AZERMED-ə XOŞ GƏLMİSİNİZ!

EvtanaziyaKönüllü ölüm...
Xett çarı Menon ölümü nemət, Aristofen yeraltı aləmin hökmdarı Aidin cəzası, Axilles isə qəflətən gələn qonaq sayardı.
Yunanlar ölünü son mənzilə yola salmazdan əvvəl gözlərini qapayar, sonra da qapanmış gözlərin üstünə mis sikkə qoyardılar.
İndi isə insan öləndə çox zaman dünyanın o birisinə hər şeyi görərək gedir.
Ağrını, əzabı, dözülməz sancıları.
Öz vücudundakı ağrıları. Sonadək. Dözə bilinməyədək. Əzabla.
Dünyada sadəcə, üç yerdə insanların həyatı könüllü tərk etməsinə icazə verilir.
Birinci məkan Fələstindir. Burada könüllü ölməyin çox sadə və çeşidli yolları var ki, hamısına da "sionist işğalçılarına qarşı şəhadət" deyilir: şəhid gedəsi adam ölümü könüllü seçir, sonra da israillilərə maksimum ziyan vurmaq üçün özünü partladır.
İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölümü seçmələri qanunla rəsmiləşdirilib.
Yçücü və sonuncu məkan ABŞ-ın Oreqon ştatıdır. Oreqonda 1997-ci ildən bəri qüvvəyə minmiş yerli qanuna görə, kbönüllü ölüm proseduru yolverilən əməldir. Birləşmiş ştatların heç bir başqa yerində belə qanun yoxdur.

 

Evtanaziya.
1999-cu ildə "Doktor Ölüm" ləqəbli erməni əsilli amerikan Con Gevorkyan ağır xəstələri öz razılıqları ilə ölümə yolladığı üçün Miçiqanda ömürlük həbs cəzasına məhkum edilmişdi.
2001-ci ildə isə Avropada ilk dəfə olaraq Hollandiyada evtanaziya rəsmiləşdirildi.
Bu fani Yer planetində elə adam tapılmaz ki, ölüm mövzusuna bigarə qalsın. Gec, ya tez - hamı nə zamansa bu haqda düşünür.
İnsan dəqiq olaraq yalnız iki nəsnəni bilir: bir dəfə dünyaya gəlib, birgün də dünyadan köçəcək.
Və insanı həmişə iki nəsnə hər şeydən artıq narahat edir: necə gənc qalmalı və ölümdən nə yolla yaxan qurtarmalı.
Cavab yoxdur.
Halbuki bəşər tarixi bütünlüklə bu problemlərin çözüm yolunun axtarışıdır.
Fəqət, evtanaziya, ağır xəstə olan insanların həyatdan könüllü getmələri bəşəriyyətin etik dəyərlərini alt-üst edə bilər.
Təsadüfi deyil ki, bütün səmavi dinlər həyat prosesinin süni şəkildə qırılmasına çox pis baxır, bunu özündən müştəbehləşmiş insanın Təbiətin ali mənasına təcavüzü sayırlar.
Reallıqsa budur ki, evtanaziya və təbabət həmyaşıd, ekiz qardaşdır.
Bunu görməmək, görməməzliyə vurmaq axmaqlıq və ikiüzlülükdür.
Əvvəllər həkimlər xəstənin çıxılmaz və müalicəsiz durumunda geri çəkilir, yerlərini kahinə, keşişə, rebeyə və ya mollaya verirdilər.
İndisə həb verər, inyeksiya vurarlar.
Ya da vurmazlar.
Qoy həkimlər rəsmən etiraf etməsinlər. Amma onkoloжi xəstəxanalarda onlar ağır, müalicəsinə heç bir ümid qalmamış xəstələrin həyatdan gedişlərini bu və diжər formada asanlaşdırırlar.
Çünki bu zaman xəstənin ağrıları dözülməz, müalicə isə ümidsizdir.
Onkoloqların dediklərinə görə, xərçəng xəstələrinin 90 faizi xəstəliyin son mərhələsində həkimlərə yalvarır, "əzablarıma son qoyun, dözə bilmirəm" deyirlər.
Reallıqdır.
Gerçəklikdəki işi hüquqiləşdirmək, rəsmiləşdirmək isə ayrı məsələdir. Bunun üçünsə ölümü leqallaşdırmaq, həyat səviyyəsi və tibbi xidmət səviyyəsini çox yüksək həddə qaldırmaq gərəkdir.
Elə həmin səbəbdən də evtanaziyaproblemi yalnız əhalinin yüksək sosial təminata malik olduğu ölkələrdə müzakirə edilir.
Qeyri ölkələrdə isə bu məqam "layiqli ölüm", "letal təbabət" adlanır.
Hərgah Azərbaycanda evtanaziya olardısa, könüllü ölümün prosedurları necə olardı?
Hollandiyada evtanaziya proseduru o qədər mürəkkəbdir ki, həyatla ivdalaşmaq istəyən xəstələrin əksəriyyəti bu fikirdən imtina edir.
Nədən ki, xəstə uzun illər boyu dözülməz ağrılar çəkməlidir. O, həyatından bezdiyini, ölmək istədiyini şifahi və yazılı formada bir neçə dəfə təsdiqləməlidir.
Adam xəstəliyi haqqında mümkün olan bütün məlumatları almalıdır.
Həkimlər xəstənin ömrünə ən uzağı 6 ay qaldığını dəqiqləşdirməli və insanın həyatdan gediş aktını sırf tibbi yolla reallaşdırmalı.
Ən son anadək xəstə fikrini dəyişə bilər. Həyatındakı son dərmanı isə o, könüllü, həkimlər və ya qohumlarının yardımı olmadan qəbul etməlidir.
Bir həkim yox, bütöv bir konsilium tərəfindən imzalanan sənədlərdə isə xəstənin intiharından yox, "müalicəsi mümkünsüz xəstəlikdən ölüm"dən bəhs olunur.
Fəqət, Azərbaycanda evtanaziyanın tətbiqinə hələ çox var.
Çünki şərəfli ölüm üçün şərəfli yaşam şərtləri olmalı...
  Həsən AĞACANhttp://www.express.com.az/second.asp?id=26380

Açar sözlər:

Yazar: ~AZERMED~ | Tarix: Fevral 4, 2008 17:12 | EVTANAZIYA~xüsusi bölmə | Şərhlər(2) | Baxış sayı: 107

Şərhlər

1
Gulnar yazıb:

salam.mence hisslere faktlardan daha cox yer verilib. rolleyes ugurlar

Fevral 5, 2008 22:23
2
Falcon yazıb:

Euthanasia - Bu terminlə təxminən 1 il əvvəl hazırlıqda olarkən tanış olmuşam. Sinfimizdə bununla bağlı möhkəm mübahisə düşmüşdü, xüsusən kommunistlərlə sağçılar arasında. Onda da demişdim, indi də deyirəm, səbəb nə olursa olsun, bunu eləmək düz deyil, bu, sadəcə günahdı. Bu, Allahın verdiyi cana qıymaqdı, Allahın işinə qarışmaq olmaz, O, hər şeyi biləndir, lazım bildiyi vaxtda lazım bildiyi şəxsin canını lazım bildiyi yerdə alacaq

Fevral 9, 2008 19:20

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha