Reklam verin!

Mart 27, 2008 22:57

AZERMEDin fealiyyetine fasile verilir!!!

~AZERMED~

Uzrlu sebeblerden mueyyen muddetlik sayt yenilenmiyecek!!!


Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 56

Fevral 8, 2008 23:23

Mobil telefon və sağlamlıq

~AZERMED~
http://azermed.azeriblog.com/public/blogs/azermed/2008/02/08/280113.jpgNEW YORK-“Fertility and Sterility” jurnalında  yayılan məlumat  mobil telefonların və digər bu kimi cihazların orqanizmə təsiri problemini yenidən gündəmə gətirdi.Mobil telefonların yaydığı elektromaqnit dalğası DNT-yə zərər verərək  orqanizmə təsir edir.Kişilər üzərində aparılan tədqiqatlar göstərdiki mobil telefon çox istifadə edənlərdə spermatozoid sayısı  aşağıdır.Gündə 4 saat mobil telefon istifadə etdiklərini  bildirən  kişilərdə spermatozoid  sayının çox aşağı olduğu aşkar edildi.  Klevelənd klinikasındakı tədqiqatın rəhbəri Dr.Aşok  Aqarval, ”əldə etdiyimiz nəticələr mobil telefon istifadəsi ilə  aşağı spermatozoid  keyfiyyəti  arasında sıx əlaqənin olduğunu göstərir” dedi.
Sağlamlıq | Şərhlər(4) | Baxış sayı: 109

Fevral 8, 2008 23:02

Reinkarnasiya

~AZERMED~
http://azermed.azeriblog.com/public/blogs/azermed/2008/02/08/hipnoz3.jpgBu söz hər bir canlının keçmiş zamanlardan bəri ölərək yenidən başqa vəziyyətdə,başqa bir dünyada həyata qayıtmasını ifadə edir.Bizim hər birimizin keçmiş və gələcək həyatı var,hal-hazırda isə bu həyatın qısa bir hissəsini yaşamaqdayıq.  Yüz illər əvvəl kiməsə çox uzun gələ bilər,amma ona hissə-hissə yanaşdıqda bu elə də böyük bir zaman olmadığı görsənir   Ola bilərmi ki,bizim həyatımız ipə düzülmüş muncuqlara bənzərdir,və bu muncuqların hər biri bir doğuluşumuzdan ölümümüzə qədər olan həyat deməkdir?Bu mümkündürmü?Ölümdən sonra bizim ruhumuz tamamilə itir,bəs bizim beynimizdəki məlumatlar?Hər yeni həyatımızda sıfırdan başlanılır?Bütün bu və digər suallar neçə illərdir insanları maraqlandırır və indiyə kimi də tam əsaslı bir faktlarla cavab tapılmamışdır.

 

Davamı...
Psixologiya (Ə.İbrahimova) | Şərhlər(4) | Baxış sayı: 114

Fevral 8, 2008 22:39

Reqressiv terapiya

~AZERMED~
http://azermed.azeriblog.com/public/blogs/azermed/2008/02/08/hipnoz.gif  Bu hipnozun bir növüdür.Reqressiv terapiya zamanı insan adi halda xatırlamadığı hadisələri yadına salır.Və bu zaman o hətta lap uzaq keçmişə də nəzər sala və orda baş verən hadisələri dəqiqliklə deyə bilir.Reqressiv terapiya vasitəsilə insanın keçmişdə yaşadıqları araşdırılır ki,bu da həmin insanın indiki zamanda hal-hazırda mövcud olan bir çox ruhi xəstəliklərinin və ya hər hansı qorxu hisslərinin mənbəyinin araşdırılmasına şərait yaradır. Hipnoz yuxusu adi yuxulardan fərqlənir.İnsan hipnozda olarkən yarıyuxulu və yarıoyaq vəziyyətdə olur, hansı ki, bu halda insanın beyni çox fərqli düşünmə qabiliyyəti əldə edir.

 

Davamı...
Psixologiya (Ə.İbrahimova) | Şərhlər(2) | Baxış sayı: 80

Fevral 4, 2008 18:29

E vitamini qocalmanı yubada bilər

~AZERMED~
qocaYel Universitetinin Tibb Məktəbində aparılmış tədqiqata əsasən, E vitamini qocalarda fiziki zəifləməni gecikdirə bilər.
Araşdırma göstərib ki, yaşı 65 ötmüş adamlarda E vitamini az olanda, onların əsas fiziki qabiliyyətləri də zəifləyir.

Tədqiqat Journal of the American Medical Association jurnalında dərc edilib.

Alimlər 698 könüllüdə vitaminin səviyyəsini ölçüblər.

Onlardan 3 fiziki tapşırığı yerinə yetirmək xahiş edilib. Qısa bir gəzinti, müvazinət saxlamaq və oturduğu yerdən ayağa qalxmaq. İtaliyanın Florensiya şəhərindən olan könüllüləri üç il ərzində müşahidə ediblər.

Tədqiqatın rəhbəri doktor Benedetta Bartali deyib: "E vitaminin səviyyəsinin aşağı olduğu insanlarda fiziki funksionallıq 1.62 dəfə azdır."

http://www.bbc.co.uk/azeri/news/story/2008/01/080123_vitamine.shtml


Sağlamlıq | Şərhlər(2) | Baxış sayı: 91
Yazılar cəmi: 17    Sonrakı səhifə »
© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com